Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1103/2021 03.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayil oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1 nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 14, mənzil 16 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7, borclu Şəxs barəsində 03 sentyabr 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-3327/2018 saylı, 01 noyabr 2018-ci il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirdi ki, Qaradağ rayon məhkəməsinin 2(002)-3327/2018 saylı, 01 noyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən X3 xeyrinə Şəxs 74000 ABŞ dolları tutulması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya göndərilmişdir. Bu günədək borclu heç bir ödəniş etməmiş və hazırda borculunun tələbkara 74000 ABŞ dolları məbləğində ödənilməmiş borcu yaranmışdır. Bütün bu halları nəzərə alaraq tələbkar da borcludan şikayətçidir və borclu hal-hazırda da ödəniş etmək iqtidarında deyildir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X6 öz ifadəsində protokolu müdafiə edərək, borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır. O öz izahatında daha sonra qeyd etmişdir ki, əmisi tələbkarın atasından torpaq və göl almış və bununla bağlı onların arasında pul məsələsi yaranmışdır. Bunun əvəzində əmisi tələbkara iki otaqlı ev vermiş, lakin sonradan evin tələbkarın adına rəsmiləşdirilməsi alınmamışdır. Maddi durumu pis olduğundan və alacaqları olduğundan borcunu ödəyə bilməyib. Rəsmi iş yeri yoxdur və hal-hazırda da heç bir yerdə işləmir. Noyabrın birindən başlayaraq hər ay minimum üç-beş min ABŞ dolları olmaqla ödəniş etmək iqtidarında olacağını və onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, ailə vəziyyətini və himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 03 sentyabr 2021-ci il tarixli MN ******* nömrəli protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını və ailə vəziyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1103/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1103/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver