Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1103/2023 24.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qaradağ Rayon Məhkəməsinin 3(002)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. İcra sənədinə əsasən Şəxs 300 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, icra sənədi 06 oktyabr 2022-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədi üzrə tələbin könüllü icra olunması üçün borclunun yaşadığı ünvana bildiriş göndərilmişdir. Borclu Şəxs icra sənədini könüllü icra etmədiyindən əmlakının və gəlirinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş, lakin əmlakının və gəlirinin olmadığı müəyyən edilmişdir. Bundan sonra borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin borclunun icra sənədində qeyd olunan ünvanda yaşamadığı müəyyən olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Borclunun olduğu yer məlum olmadığı üçün barəsində axtarış elan edilmişdir. Axtarış qərarına əsasən borclu Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təqdim edilmişdir. İcra Şöbəsində borclunun barəsində çıxarılmış icra sənədi üzrə izahatı alınmış və Qaradağ Rayon Məhkəməsinin 3(002)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 300 manat inzibati cərimənin dövlət nəfinə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, Şəxs tələbin təmin olunması fikrindən çıxdığı üçün ödəmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs 26 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında müdafiəçinin hüquqi yardımından istifadə etmək istəmədiyini, bu halın onun maddi vəziyyəti ilə bağlı olmadığını, həmçinin əlilliyinin olmadığını bildirmişdir. Həmçinin, inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı məlumatsız olduğundan onu icraq etməsi mümkün olmamışdır. Məhkəmədən, qeyd olunan inzibati cərimənin ödəyə bilməsi üçün ona vaxt verilməsi ilə əlaqədar məhkəmə iclasının yaxın tarixlərə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan R.R. Həzrətquliyevin maddi çətinliklərini nəzərə alaraq, onun vəsatətini təmin etmiş və məhkəmə iclası 30 may 2023-cü il tarixə təxirə salınmışdır. Lakin, Şəxs qeud olunan tarixdə məhkəmə iclasına gəlməmiş və cərimə tənbehini icra etməmişdir. Bu səbəbdən, məhkəmə, 30 may 2023-cü il tarixdə Şəxs məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbul edərək məhkəmə iclasını 14 iyun 2023-cü il tarixə təxirə salmışdır. Lakin, 14 iyun 2023-cü il tarixli iclasına Şəxs məcburi gətirilməsi təmin edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsaslanaraq iş üzrə icraat dayandırılmışdır. 24 iyul 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq məhkəməyə təqdim edilmiş Şəxs məhkəmənin eyni tarixli iclasında maddi çətinlikləri səbəbindən borcunu ödəyə bilmədiyini, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 3(002)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 06 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 3(002)-949/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)- 949/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Qaradağ Rayon İcra Şöbəsinin 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən daxil olmuş 26 may 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs aidiyyəti üzrə Qaradağ rayon İcra Şöbəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş izahatdan görünür ki, 26 may 2023-cü il tarixdə Şəxs icra şöbəsinə gələrək izahat vermiş, izahatında icra sənədindən xəbərdar olduğunu, lakin ödəniş etməyi unutduğunu, bundan sonra 3 ay ərzində borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 3(002)-1103/2023 nömrəli qərarına əsasən Şəxs Qaradağ Məhkəməsinə məcburi gətirilməsi qərara alınmışdır. Qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə həvalə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 3(002)-1103/2023 nömrəli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmiş, qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan inzibati tutma haqqında 23 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 05:10-da inzibati qaydada tutulmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 3(002)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 300 manat cərimə edilmişdir. Qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Qaradağ rayon İcra şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə, şöbəyə dəvət olunmasına baxmayaraq, o, icranı könüllü təmin etməmiş və heç bir rəsmi əsas təqdim etmədən icra sənədinin icrasını təmin edə bilməyəcəyini bildirmişdir. Bundan başqa qeyd olunan borcu ödəməsi üçün Şəxs vəsatətinə əsasən məhkəmə iclasının növbəti tarixə təxirə salınmasına baxmayaraq, o məhkəmədən qaçıb gizlənmiş və borcunu ödəməmişdir. Beləliklə, Şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını 25 gündən artıq müddət ərzində icra etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələri ilə nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 23 iyul 2023-cü il saat 05:10-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 02 ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 23 iyul 2023-cü il saat 05:10-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1103/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1103/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver