Məhkəmə qərarları › İş №3(002)-1105/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1105/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1105/2023 26.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Səbail rayon Məhkəməsinin 2(009)-107/2023 saylı, 07 fevral 2023-cü il tarixli və Bakı şəhəri 8 saylı Notariat Kontorunun 7746 nömrəli, 06 sentyabr 2022-ci il tarixli icra qeydini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)-107/2023 saylı, 07 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 26 sentyabr 2022-ci il tarixdən başlayaraq 26 dekabr 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 08 fevral 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən 06 aprel 2023-cü il tarixdə 250 manat, 16 mart 2023-cü il tarixdə isə 160 manat olmaqla ümumilikdə 410 manat aliment borcu ödənilsə də 1134 manat aliment borcu qalmışdır. Bundan başqa Bakı şəhəri 8 saylı notariat ofisinin 06 sentyabr 2022-ci il tarixli, 7746 nömrəli icra qeydinə əsasən “AZ 1014, ünvan 2 ünvanında yerləşən "xxxx" ASC (VÖEN:**********) xeyrinə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs BBUM4414872A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 610 manat, 74 qəpiyin tutulması, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 635 manat 74 qəpik pul tutulması qət edilmişdir. Borclu ona həmin borcu ilə bağlı 180 manat ödəniş etdiyini desə də həmin ödənişlə bağlı qəbzi ona təqdim etməmişdir. Beləliklə, bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 26 may 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, barəsində olan icra işi ilə bağlı borclu icra şöbəsinə gəlməkdən heç vaxt yayınmamış və çağırışlara vaxtlı-vaxtında gəlmişdir. Bundan başqa hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar X3 məlumat verilsə də tələbkar məhkəməyə gələ bilməyəcəyini göstərmiş və yaranmış aliment borcunun ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, hər iki icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan və "xxxx"a olan borcundan müvafiq ödənişlər etmişdir. Hal-hazırda ”Kings Mart” supermarketdə kamera nəzarətçisi vəzifəsində işə qəbul olunmuşdur və hər ayın sonunda aldığı əmək haqqlarını yaranmış borcunun ödənilməsinə yönəldəcəkdir. Aliment borcundan iki dəfə, 250 və 160 manat olmaqla 410 manat ödəniş etmişdir. Qalan borcunu da qısa müddətdə ödəyəcəyini bildirmişdir. "xxxx" ASC-yə olan borcuna gəldikdə isə o 180 manat borcundan ödəniş etmiş, qalan məbləği isə ən qısa müddətdə ödəyəcəkdir. Hal-hazıradək yerdə qalan 1134 manat aliment borcunu və "xxxx"a olan borcunu da qısa bir zamanda ödəyəcəyini bildirərək, həmçinin borclarını ödəməkdən qəsdən yayınmamasının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati qaydada həbs ediləcəyi təqdirdə yenicə düzəldiyi iş yerindən çıxarılacaqdır. Odur ki, bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu hər iki icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar