Məhkəmə qərarları › İş №3(002)-1113/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1113/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1113/2025 14.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X10 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, evli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli, 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X12 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli, 8(002)- 152/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri mövcuddur. Belə ki, o, icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Həmçinin tərəfindən edilmiş çağırışlara gəlməkdən boyun qaçırmış, barəsində tətbiq edilmiş məcburiyyət tədbirləri nəticəsində icra şöbəsinə gələrək hazırki tarixdə tələbkara 800 manat ödəniş etmişdir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı dəfələrlə xəbərdar edilsə də, görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, hazırda sürücülük fəaliyyəti ilə məşğuldur. O, tələbkara müxtəlif vaxtlarda ödənişlər etmişdir. Göstərilənləri nəzərə alaraq, əməlində hər hansı qərəzin mövcud olmadığını, ödənişləri mütəmadi həyata keçirməməsinə səbəb isə maddi çətinliklərinin olduğunu qeyd edərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 bildirdi ki, o borcun tam ödənilməsini tələb edir, əks halda isə borclu barəsində inzibati həbs seçilməsini xahiş etmişdir. X5 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, şəxs əməlini etiraf edir və onun borcun ödənilməməsinə qərəzli mövqeyi yoxdur. İcra sənədinin icrasının borclunun əmək haqqına yönəldilməsi məqsədəmüvafiqdir. Məhkəmədən onun ödənişləri həyata keçirə bilməsi üçün vaxt verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli, 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 05 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(002)-806/2011 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 05 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı, 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs X2 xeyrinə hər ay hər ay 193 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ rayon məhkəməsinin 2(002)-1424/2022 saylı 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 220(iki yüz iyirmi) manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1024/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək artırılaraq, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq bir uşağa görə hər ay 235 manat sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1387/2024 saylı xx.xx.2024-cü l tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1387/2024 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin edilmiş alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının məbləğinin 0.68 misli həddində sabit pul məbləğində aliment ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-152/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə bildirişlərdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materialında olan qəbzlərdən görünür ki, borclu tərəfindən tələbkara 2025-ci il üzrə 1500 manat ödənilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, borclu Şəxs yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1421/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(002)-1424/2022 saylı xx.xx.2022-ci il tarixli, 2(002)-1024/2023 saylı xx.xx.2023-cü il tarixli, 2(002)-1387/2024 saylı xx.xx.2024-cü il tarixli, 8(002)- 152/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədlərini icra məmurunun çoxsaylı tələbləri nəticəsində, eyni zamanda inzibati məsuliyyətə məruz qalacağından ehtiyatlandığı üçün məhkəməyə gətirilməzdən əvvəl həyata keçirmişdir. Habelə hazırki vaxtadək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun müntəzəm surətdə ödənilməsi həyata keçirilməmişdir. Hazırki tarixə mövcud olan aliment borcundan da görünür ki, aliment məbləği tələbkarın hesabına aybaay köçürülməmişdir. Həmçinin borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmış, bu səbəbdən barəsində axtarış elan olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə iclasınadək tələbkarın hesabına 800 manat pul köçürməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar