Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1115/2023 22.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X8 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 3(004)- 2801/2023 nömrəli qərardadından görünür ki, X1 AR ƏƏSMN yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 27 aprel 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati Xəta haqqında protokoluna əsasən, 01 may 2023-cü il tarixli, MN ******* saylı Qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə 4.000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərar xx.xx.2023-cü il tarixdə rəsmi qaydada ona təqdim edilmişdir. Belə ki, X9 ona məxsus Müşfiqabad qəsəbəsində yerləşən oyun zalına gələrək iş axtardığını bildirmişdir. O isə fəaliyyətə yeni başladıqlarını və işlərin çox olmadığını bildirsə də, X9 işə ehtiyacı olduğunu və onun işlə təmin edilməsini xahiş etmişdir. Bundan sonra ona işlə tanış olmağı və razılaşacağı təqdirdə onu işə götürməyi təklif etmişdir. X2 həmin gün təqribən 2 saat ərzində ona məxsus obyektdə qalaraq heç bir iş görmədən gördükləri işlərlə tanış olmuş və işləməyə razı olduğunu bildirmişdir. Belə olan təqdirdə ona şəxsiyyət vəsiqəsi ilə obyektə yaxınlaşmağı və əmək müqaviləsi bağlamağı təklif etmişdir. Növbəti gün X9 obyektə yaxınlaşaraq işə başlamaq istədiyində ondan şəxsiyyət vəsiqəsini təqdim etməyi və əmək müqaviləsi bağlamadan onu işə götürə bilməyəcəyini bildirmişdir. X4 ona şəxsiyyət vəsiqəsinin rayonda olduğunu, müqaviləni növbəti gün bağlamağı təklif etmişdir. O, bununla razılaşmayaraq ona bunun qanunsuz olduğunu və belə olan halda ona heç bir iş verməyəcəyini bildirmişdir. Eyni zamanda X6 bu sözlərindən şübhələnərək araşdırmağa başladığı gün ona məlum olmuşdur ki, X9 anası ilə dalaşaraq evdən qaçmış və anası bununla bağlı polisə müraciət etmişdir. O, dərhal bununla bağlı sahə müvəkkilinə məlumat verərək axtarılan şəxsin onun obyektində olduğunu və gəlib burdan götürərək valideynlərinə təhvil verilməsini xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, məsələ ilə bağlı iş materialları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 çıxış edərək verilmiş şikayətin dəlillərinə uyğun surətdə izahat verərək, X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 07 iyun 2023-cü il tarixli iclasında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 izahatında bildirmişdir ki, Qaradağ RPİ-dən göndərilmiş müvafiq sənədlərə əsasən tərəflərindən araşdırılmış və müvafiq olaraq protokol tərtib olunmuşdur. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X9 xx.xx.2023-cü il tarixdə Arif adlı şəxsin yanında Müşfiqabad qəsəbəsində yaşadığı evin yaxınlığında olan "Uefa playstation" klubda qabyuyan işləmiş, həmin gün 5 manat, xx.xx.2023-cü il tarixdə isə 10 manat əmək haqqı almışdır. Həmin izahatla da X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Odur ki, çıxışında qeyd olunanlara dair müvafiq sənədlər təqdim edib, verilmiş şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X14 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X9 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, X7 2022-ci ilin dekabr ayından 2 fevral 2023-cü ilədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 4000 manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş X6 izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə Arif adlı şəxsin yanında Müşfiqabad qəsəbəsində yerləşən "Uefa playstation" klubda qabyuyan işləmiş, həmin gün 5 manat, xx.xx.2023-cü il tarixdə isə 10 manat əmək haqqı almışdır. Göründüyü kimi X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar və digər iş materialları ile sübuta yetirilmiş və şikayətçi tərəfindən qeyd edilən pozuntunun törədilməməsini təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətdə göstərilən dəlillər iş materialları ilə təkzib olunduğundan məhkəmə verilmiş şikayəti əsassız hesab edir və təmin edilməsi üçün əsasların olmaması qənaətinə gəlir. Bununla yanaşı, məhkəmə X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təyin edilmiş inzibati cərimənin məbləğini törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinə uyğun hesab etməməklə onun məsuliyyətini ağırlaşdıran halların olmadığı halda ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş tənbehin maksimum həddinə yaxın tənbeh tətbiq edilməsini ədalətli hesab etmir və cərimənin məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, şikayət təmin edilməməli, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2023-cü il tarixli, MN ******* saylı protokolun ve inzibati tənbeh vermə haqqında 01 may 2023-cü il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilməli, həmin qərarla X10 təyin edilmiş 4000 manat məbləğində inzibati cərimə 3000 manata endirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 aprel 2023-cü il tarixli, MN ******* saylı protokolun və inzibati tənbeh vermə haqqında 01 may 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X10 təyin edilmiş 4000 manat məbləğində inzibati cərimə cəzası 3000 manata endirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1115/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1115/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver