Məhkəmə qərarları › İş №3(002)-1115/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1115/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1115/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-131/2024 saylı, 03 dekabr 2024-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan il ərzində təkrar icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 15 may 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X14 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-131/2024 saylı, 03 dekabr 2024-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X2 cavabdeh Şəxs qarşı «nikahın pozulması, uşaqlarınının onun himayesinə verilməsi və uşaqların saxlanılması üçün aliment tutulması» tələblərinə dair iddiası qismən təmin edilməsi, Şəxs ilə X6 arasında 31 oktyabr 2019-cu il tarixdə 4 saylı Bakı "ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 2571 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X7 iddiaçı X2 himayəsində və yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü İmanquliyev Rəhman Əlisǝfa oğlu cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 05 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaq atasından alınıb anasının himayəsinə verildiyi tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment cavabdeh İmanquliyev Əlisǝfa Ramiz oğlundan tutularaq iddiaçı X4 ödənilməsi, xx.xx.2018-ci il təvəllüdlü X5 müalicə xərcləri ilə əlaqədar hər ay 50 manat pul vəsaiti cavabdeh İmanquliyev Əlisǝfa Ramiz oğlundan tutularaq iddiaçı X4 ödənilməsi, 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməsi, ilk iddianın alimentlə bağlı təmin edilmiş hissəsinə mütənasib olaraq 78,80 manat məbləğində dövlət rüsumunun cavabdeh İmanquliyev Əlisǝfa Ramiz oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün 20 dekabr 2024-cü il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 20 dekabr 2024-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bildirişi 08 yanvar 2025-ci il tarixdə Qaradağ rayon İcra Şöbəsində almışdır. Bakı şəhəti Qaradağ rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 3(002)-189/2025 saylı qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs edilmişdir, lakin borclu bundan sonra da aliment borclarını ödəməmiş, bu gün, yəni 15 may 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 150 manat ödəniş etmişdir. Beləliklə borclunun ödəməli olduğu alimentin miqdarı 5340 manat təşkil edir. Beləliklə Şəxs inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını və Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında Şəxs ödəməli olduğu 5340 manat aliment borcu məbləğindən heç bir ödəniş etmədiyini bildirərək sonuncunun barəsində ağır inzbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən xəbəri vardır. Bu yaxınlarda əməliyyat olunmuşdur, buna görə də ödəniş edə bilmir. Həmçinin digər altı yaşlı oğlu hal-hazırda onun himayəsindədir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra 150 manat ödəniş etmişdir. Ona vaxt veriləcəyi təqdirdə qalan borcunu da hissə-hissə ödəyəcəkdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs Azərbaycan respublikası İXM-nın 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-189/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərarından aydın olur ki, borclu Şəxs yuxarıda qeyd olunan icra işi üzrə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 15 may 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 15 may 2025-ci il tarixdən saat 14:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar