Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1118/2021 08.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, X1 iştirakları ilə, X1 barəsində Qaradağ rayon X14 X11 Xidmətinin inspektoru X6 tərəfindən qəbul olunmuş 02.09.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X9 şikayətlə məhkəməyə müraciət edərək barəsində Qaradağ rayon X14 Şöbəsinin , polis mayoru X4 tərəfindən qəbul olunmuş 02.09.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, idarə etdiyi **-LA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. 08.08.2021-ci il tarixində Bakı, Dadaş Bünyadzadə (Lökbatan), 29B ilə hərəkət edən zaman hərəkətdə olan YPX avtomobilini idarə edən YPX inspektoru polis serjantı X5 ona «saxla» əmri vermişdir. O qanuna əsasən, «saxla» əmrinə riayət etmişdir. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polis inspektoru ona yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərini istəmişdir. YPX inspektoru X5 ona bildirmişdir ki, o, Bakı, Dadaş Bünyadzadə (Lökbatan), 29B ilə hərəkət edən zaman dairəyə sol istiqamətdən daxil olan digər avtomobilə yol verməmişdir. O, isə öz növbəsində ona etiraz edərək, dairəyə ilkin olaraq onun daxil olduğunu, digər avtomobilin dairədən kənarda qaldığını bildirmiş və belə olduğu halda video müşahidə kamerası vasitəsilə çəkilən video görüntünün təqdim etməsini tələb etmişdir. YPX inspektoru isə video görüntünü təqdim edə bilməyəcəyini və sadəcə inspektorun irəli sürdüyü iddianın yetərli olduğunu söyləmişdir. Onun inzibati pozuntu etdiyini tam sübut etmədən, inspektor X5 ona İXP4116584 saylı inzibati protokol tərtib etmişdir. O isə öz növbəsində ASAN Ödəniş tətbiqi vasitəsilə DYBPİ-nə şikayət etmişdir. Şikayətinə cavab olaraq, onu Qaradağ rayon Yol Polis İdarəsinə dəvət etdilər və orada da ona tələb etdiyi halda yenə də video görüntünü təqdim edə bilməmişlər. Bundan əlavə, qərarsız olan protokolu qərara alaraq, məhkəməyə müraciət etmək hüququmun olduğunu bildirdilər. Haqqında tərtib edilən əsassız inzibati xətanın araşdırılması səbəbindən çalışdığı şirkətdə vəzifə öhdəliklərini mütəmadi olaraq yerinə yetirə bilməmişdir. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, onun haqqında tərtib olunmuş İXP4116584 saylı inzibati protokola yenidən obyektiv şəraitdə baxılması, əgər həqiqətən bu inzibati xəta sübut olunarsa, o inzibati məsuliyyət daşımağa hazırdır. Tətbiq edilən 327.2 maddəsi ilə tətbiq edilən cərimə qərarının ləğv olunması və YPX inspektoru polis serjantı X5 haqqında qanun çərçivəsində tədbir görülməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X8 Faiq oğlu şikayət ərizəsinin dəlillərinə uyğun izahat verib, Qaradağ rayon X14 X11 Xidmətinin inspektoru X6 tərəfindən tərtib edilmiş 02.09.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş Qaradağ rayon X14 Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Qaradağ RPİ-nin 38-ci polis bölməsinin 08.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X9 08 avqust 2021-ci il tarixdə, saat 16:10-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Dadaş Bünyadzadə küçəsində **-LA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180 minik” markalı avtomobili idarə edərkən yol kərəkəti haqqında Qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon X14 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 02.09.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 08 avqust 2021-ci il tarixdə, saat 16:10-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Dadaş Bünyadzadə küçəsində **-LA-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180 minik” markalı avtomobili idarə edərkən yol kərəkəti haqqında Qanunun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 60 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X2 barəsində 05 iyul 2018-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Məhkəmə, X9tərəfindən 08.08.2021-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsii ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X9 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X3 barəsində Qaradağ rayon X14 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 02.09.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Qaradağ rayon X14 Şöbəsinin polis mayoru X4 tərəfindən qəbul olunmuş 02.09.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması Qaradağ rayon X14 Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1118/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1118/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver