Məhkəmə qərarları › İş №3(002)-1120/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1120/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1120/2021 07.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis mayoru X1, Qaradağ RPİ-nin DYPŞ-nin inspektoru X6 oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1982-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəbrayıl rayonu, Hacılı ərazi dairəsi, Kavdar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 07 sentyabr 2021-ci il tarixdə, Lökbatan qəsəbəsi, 28 may küçəsində YPX əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 07 sentyabr 2021-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə rəisi, polis mayoru X3 öz izahatında bildirmişdir ki, 07 sentyabr 2021-ci il tarixdə saat təxminən 11:35 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə X7 Alayının 10-cu patrul bölüyü tərəfindən 10-cu PB-ya aparılmışdır. Qeyd olunanlara əsasən sürücü barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin inspektoru X6 oğlu protokolu müdafiə edərək bildirmişdir ki, 07 sentybar 2021-ci il tarixdə Lökbatan qəsəbəsi, 28 may küçəsində 99YP255 çağırışlı patrul avtomaşınında xidmətdə olduğu zaman “dayanmaq qadağandır” yol nişanının tələbini pozan İsuzi markalı ** HB *** dövlət qeydiyyat nişanlı avtomaşının port kompüter vasitəsi ilə şəkili çəkilən zaman tanımadığı bir nəfər şəxs onlara yaxınlaşaraq kobud şəkildə “niyə çəkirsiniz” deyə etirazını bildirmişdir. O yanındakı polis əməkdaşı ilə birlikdə həmin şəxsin nişan tələbini pozduğunu desə də onun sürücü olduğunu anlamış və ondan maşınını götürməsini xahiş etmişdir. Lakin sürücü polisin qanuni tələblərinə riayət etməyərək “əcəb eləyirəm, saxlayıram” deyərək avtomaşını götürməmişdir. Sürücü onlarla kobud rəftar edərək səs-küy salmaqla ətrafdakı insanların diqqətini cəlb etmişdir. Bu zaman onlar Qaradağ RPİ-nin ərazisində xidmət aparan ÇPA-nın əməkaşları ilə birlikdə sürücünü 10-cu PB-nə dəvət etmişlər. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan avtomaşın “dayanmaq və durmaq qadağandır” nişanının təsir dairəsində dursa da həmin maşının tezliklə oradan gedəcəyini zənn edərək əvvəlcə bu halı sənədləşdirməmiş, lakin təxminən 15 dəqiqədən artıq durduğu üçün bu halı sənədləşdirməyə məcbur olmuşdur. Bütün bunlara əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, 2016-cı ildən “Koroğlu MMC”-də sürücü işləyir. Hər gün idarə etdiyi “İsuzi” markalı yük maşınıyla müştərilərə ərzaq malları gətirib satış edirlər. Lökbatan bazarının yanında müştəriyə sifariş etdiyi ərzağı verərəkən yol polisi xəbərdarlıq etmədən maşının şəklini çəkmiş və o polisə yaxınlaşıb ondan çəkməməsini xahiş etmişdir. O polis əməkdaşına mağazaya ərzaq çatdırdığını bildirmiş, polis əməkdaşı isə əvəzində ona “yaxşı edirəm” deyərək onun üstünə qışqırmışdır. O “qışqırma” və “harda kasıb var onlara soxursuz” deyərək etirazını bildirmişdir. Bundan sonra polis əməkdaşları kömək çağıraraq onu bölməyə aparmışlar. O izahatında həmin yerdə maşın saxlamağa icazə olmadığını bilmədiyini və bir daha orada maşın saxlamayacağına söz vermişdir. O səhvini başa düşdüyünü, peşman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəciyinə söz vermişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar