Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1122/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, tələbkar İbrahimova (Əhmədova) Gülnar Qafur qızının, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Qobustan rayon Məhkəməsinin 2(002)-1168/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasından qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1168/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, Şəxs hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi iki uşağa görə 250 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı İbrahimova (Əhmədova) Gülnar Qafur qızına verilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs və tələbkarın ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Borclu Şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə izahatı alınmış və ona məhkəmə qərarını icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Hazırda borclu Şəxs bu günə olan aliment borcu 4250 manat təşkil edir. Hazırkı tarixədək yaranmış aliment borcu könüllü müddət ərzində borclu tərəfindən yerinə yetirilməmiş, həmin borcun ödənilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilmiş, tələbin tam təmin edilməsinə istiqamətlənən hərəkətlər həyata keçirilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun adına daşınar və ya daşınmaz əmlakların, qiymətli kağızların, bank hesablarının olub-olmaması, bundan əlavə əmək haqqı, pensiya təqaüd alıb-almaması barədə aidiyyətı orqanlara sorğular edilmiş lakin borclunun adına hər hansısa məlumat qeydə alınmamışdır. Borclunun olduğu yer müəyyən olunmadığından xx.xx.2020-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq adiyyəti orqana göndərilmişdir. Borclu xx xxxxxxxx 2020-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşlarının vasitəsi ilə icra şöbəsinə gəlmiş və həmin tarixdə izahatı alınmışdır. İzahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, maddi imkanı olmadığından öhdəliyini icra edə bilmir. Bu səbəbdən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar İbrahimova (Əhmədova) Gülnar Qafur qızı inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, borclu Şəxs qərəzli olaraq icra sənədi üzrə öz öhdəliyini ümumiyyətlə icra etməmiş, hazırda sonuncudan şikayətçidir, belə ki, o, yaranmış 4250 manat məbləğində aliment borcundan bu günə qədər heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs barəsində ən sərt inzibati tənbeh tədbirinin, yəni inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir, lakin işləmədiyindən və maddi imkanı aşağı olduğundan indiyə qədər icra sənədlərinin icrasını təmin edə bilməmişdir. Borcunu ödəməkdən qərəzli olaraq yayınmır və icra vərəqəsini tam icra etmək niyyətindədir. Əməlindən peşamandır. Göstərilənləri nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ rayon Məhkəməsinin 2(002)-1168/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, Şəxs Əlimus oğlundan hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi iki uşağa görə 250 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X2 verilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1168/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Borclunun axtarılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Qaradağ rayon Məhkəməsinin 2(002)-1168/2019 saylı, xx xxxxx 2019-cu il tarixi icra sənədi üzrə borclu Şəxs tərəfindən bu günədək icra sənədinin icra edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq səhlənkar yanaşaraq məsələ ilə bağlı heç bir hərəkət etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxxxx 2020-ci il , saat 15:15-dən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhər Qaradağ RPİ-nə və Bakı şəhər Baş Polis İdarəsinin X6 X1 həvalə edilsin. İnzibati həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il saat 15:15-dən hesablansın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1122/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1122/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver