Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1123/2023 30.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Altay vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, “Dent Star” klinikasında stomotoloq işləyən, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3316/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı 30 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3316/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmış və borclu şöbəyə dəvət edilmişdir. Borclu verdiyi izahatında maddi vəziyyətinin yaxşı olmadığını və aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmadığnı bildirmişdir. Şəxs borcun hissəhissə ödənilməsi ilə bağlı məhkəmə qərarının olmadığı və borcu tam olaraq ödənilməli olduğu bildirilmişdir. Lakin borclu tərəfindən bu günə qədər 4720 manat borc ödənilmiş, icra sənədi tam olaraq icra edilməmiş və onun hal-hazırda 4880 manat borcu yaranmışdır.Bununla da, borclu Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcunun yaranması alimentin məhkəməyə müraciət edilən gündən tutulması ilə bağlı olmuşdur.O, demək olar ki, qətnamə çıxana qədər tələbkar ilə bir yerdə yaşamış və ailə ehtiyaclarını ödəmişdir.Bu vaxta qədər 4720 manat aliment borcu ödəmişdir.Ödəməkdən qəsdən yayınmır.İki ay ərzində qalan aliment borcunu tam ödəyəcəyinə dair söz verir. Məhkəmə iclasında tələbkar X5 bildirmişdir ki, uşaqların bütün əziyyəti onun üzərindədir. Aliment borcunun 02 ay ərzində Şəxs tərəfindən ödənilməsinə inanmır.Belə ki, Şəxs əvvəllər də bu barədə söz vermiş, lakin icra etməmişdir. O, gününü kaferestoranlarda keçirir, lakin aliment öhədiliyini yerinə yetirməyə çatanda pulunun oladığını bildirir. Odur ki, ona ciddi cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir və ona maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, faydalı əməklə məşğul olmasını, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1123/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1123/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver