Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1123/2024 24.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Şəki rayonu, Aşağı Göynük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş 24 aprel 2024-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 24 aprel 2024-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində küçədə mobil telefonla ucadan danışaraq nalayiq küçə söyüşləri ilə ətrafdakıları narahat etmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 24 aprel 2024-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində küçədə mobil telefonla ucadan danışaraq nalayiq küçə söyüşləri ilə ətrafdakıları narahat etmişdir. Buna görə də Şəxs barəsində 24 aprel 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək bildirmişdir ki, evli olmaqla ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. “MD Company” şirkətinin tərkibində Hacıqabul-Qazax magistral yolu boyunca qaz borularının çəkilişi ilə məşğul olur. 14 aprel 2024-cü il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, 7-ci mikrorayon ərazisində iş yoldaşının toy məclisindən gəlirmiş. O evə qayıtmaq üçün taksi sifariş vermiş, içkili olduğundan yolda yuxuya getmişdir. Yolda sürücü onu durğuzaraq düşməsini tələb etmişdir. O düşdüyü yeri tanımadığından taksi sürücüsündən onu evə aparmasını xahiş etmişdir, lakin sürücü bununla razılaşmayaraq onunla mübahisə etmişdir. O da əsəbiləşərək DİN-in 102 xidmətinə zəng edərək və olmuş hadisə ilə bağlı məlumat verərək sürücü barəsində tədbir görülməsini xahiş etmişdir. Ona şikayətinin qeydə alındığı bildirilmişdir. O həmin vaxt içkili olduğundan yenidən bir neçə dəfə 102 xidmətinə zəng vurmuş, içkili və əsəbi olduğundan xidmətin əməkdaşları ilə kobud danışaraq heç bir səbəb olmadan onları narahat etmişdir. O törətdiyi əməldən peşiman olduğunu, ilk dəfə belə bir hərəkət törətdiyini, həmin gün içkili olduğu üçün özünü idarə edə bilmədiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildrimişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, ilk dəfə inzibati xəta törətməsini və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1123/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1123/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver