Məhkəmə qərarları › İş №3(002)-1124/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1124/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1124/2020 18.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X4, Tələbkar X1, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 A ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində protokol tərtib edərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-1221/2018 saylı, xx xxx 2018-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 izahat verərək bildirdi ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1221/2018 saylı, xx xxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddi qismən təmin edilərək Tərtər rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(061)-172/2015 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artıllaraq cavabdeh Şəxs uşaqları xx xxx 2003-cü il təvəllüdlü X6 və xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda hər uşağa görə 120 manat cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Borclu əvvəlki məhkəmə iclasında aliment borcundan 500 manat ödəniş etmiş və iş üzrə inzibati materiala xitam verilmişdir. Bundan sonra isə borclu üç ay yenidən heç bir ödəniş etməmişdir. Borclu dəfələrlə icra və probaisya şbəsinə dəvət olunaraq borcun ödənilməsi tələb edilsə də, o aliment borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda isə borclunun tələbkara ümumilikdə 1333 manat aliment borcu yaranmışdır. Buna görədə borclu barəsində İXMnin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 öz izahatında bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1221/2018 saylı, xx xxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddi qismən təmin edilərək Tərtər rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(061)-172/2015 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artıllaraq cavabdeh Şəxs uşaqları xx xxx 2003-cü il təvəllüdlü X6 və xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda hər uşağa görə 120 manat cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Şəxs ona olan aliment borcunu ödəmədiyi təqdirdə barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, məhkəmə qətnaməsindən və icra vərəqəsindən xəbəri vardır. Tərtər Rayon Məhkəməsinin 2(061)-1221/2018 saylı, xx xxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddi qismən təmin edilərək Tərtər rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(061)-172/2015 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artıllaraq ondan uşaqları xx xxx 2003-cü il təvəllüdlü X6 və xx xxxx 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda hər uşağa görə 120 manat cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bu günədək o mütəmadi ödənişlər etmiş, soncundu dəfə isə o 500 manat aliment borcundan ödənişlər etmişdir. 2020-ci ilin mart ayından “xüsusi karantin rejimi” tətbiq edildiyindən o heç bir yerdə işləmədiyindən aliment borcu yaranmış və borcu ödəyə bilməmişdir. Hal-hazırda heç bir yerdə işləmir və hər-hansı bir qazanc yeridə yoxdur. Ona vaxt veriləcəyi təqdirdə aliment borcundan hissəhissə ödənişlər edə bilər. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni tam icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlildə gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları və eləcə də borclunun maddi durumunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 18:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar