Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1124/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X8, X1, Borclu Şəxs nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-1743/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X14 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 1743/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən, 01 mart 2011-ci il təvəllüdlü X12, 24 fevral 2012-ci il təvəllüdlü X9 və 23 oktyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 28 fevral 2017-ci il tarixdən başlayaraq Şəxs X11 xeyrinə hər ay hər uaşağa görə 137 manat olmaqla, 411 manat sabit pul məbləğində, 23 oktyabr 2016-cı il təvəllüdlü X5 3 yaşına çatana kimi saxlanması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu 2017-ci ildə tutularaq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2019-cu ildə azadlığa çıxmışdır. Cəzadan azad olunduqdan sonra aliment borcları yığıldığına görə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Bundan sonra tərəflər təkrar bir yerdə yaşdıqlarından tələbkar X18 tərəfindən onlara hər hansı bir şikayət daxil olmmamışdır. Bundna sonra tələbkar 12 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında ərizə ilə müraciət edərək borclu Şəxs ilə birlikdə yaşadıqlarını, aralaraında razılıq əldə olunduğunu və bu səbəbdən onun barəsində heç bir tədbir görməməklə icra sənədinin icraatının dayandırlmasını xahiş etmişdir. Nəticədə 20 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul olunaraq ona əlavə edilmiş məlumatla birlikdə tərəflərə göndərilmişdir. Bundan sonra 02 may 2023-cü il tarixdə tələbkar X18 yenidən Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək borclu Şəxs ilə aralarında əvvəllər razılıq əldə olunsa da, bu yaxınlarda onu döydüyünü, bıçaqla hədə-qorxu gəldiyini, ailəsinə baxmadığını və aliment borcundan heç bir ödəniş etmədiyini qeyd edərək icraatın təzələnməsini xahiş etmişdir. 03 may 2023-cü il tarixdə icraat təzələnmişdir. Nəticədə 19 may 2023-cü il tarixdə Şəxs icra şöbəsinə dəvət olunaraq izahatı alınmış, ona xəbərdarlıq edilmiş və icraat təzələnmişdir. Borclu aliment borcundan indiyədək ödənişlər etməmiş və hal-hazırda tələbkara 32836 manat məbləğində aliment borcu qalmışdır. Boclu icra məmurunun çağırışlarından yayınmamışdır. Hazırki məhkəmə iclasında borclu tərəfindən aliment borcundan 500 manat ödəniş edilmiş və 32336 manat aliment borcu qalmışdır. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 31 may 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X18 öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1743/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən ona üç uşağa görə 411 manat aliment kəsilmişdir. 12 iyul 2021-ci il tarixdə X10 doğulub və həmin uşağa görə aliment kəsilməmişdir. Borclu ilə rəsmi nikahları yoxdur. 2019-cu ilin aprelin 18-dən təkrar birlikdə yaşamağa başlamışlar. Həmin vaxtlar aliment borcunun ödənilməsi ilə bağlı icra məmuru Şəxs tez-tez icra şöbəsinə çağırdığından 12 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında ərizə ilə müraciət etmiş, lakin aliment borcundan imtina etməmişdir. İki aydır ki, münasibətləri pozulmuş, Cavid onu döyməyə və təhqir etməyə başlamışdır. Odur ki, borclunun aliment borcunun ödənilməsini tələb etmiş, ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Təqribən 2010-cu ildən X18 ilə qeyri-rəsmi birlikdə yaşayırlar. Qeyri-rəsmi nikahlarından 01 mart 2011-ci il təvəllüdlü X19, 24 fevral 2012-ci il təvəllüdlü X15, 23 oktyabr 2016-cı il təvəllüdlü X13 və 12 iyul 2021-ci il tarixdə X10 dünyaya gəlmişdir. 2017-ci ildə CM-nin 126.1-ci maddəsi ilə üç il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra əfvə düşmüş və cəzadan azad edilmişdir. 06 may 2019-cu il tarixdə Qaradağ rayon Məhkəməsinin 3(002)-675/2019 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra X18 ilə təkrar birlikdə yaşamağa başlamış və 12 iyul 2021ci il tarixdə Tunar adlı bir uşaqları da doğulmuşdur. Həmin müddət ərzində X2 rayon İcra Şöbəsinə gedərək aliment borcu ilə bağlı icraatın dayandırılmasını xahiş etmişdir. O bu xahişi aliment borcundan imtina kimi başa düşmüş və zənn etmişdir ki, aliment bocu daha yaranmayacaqdır. Lakin bu yaxınlarda ona məlum oluşdur ki, aliment borcları silinməmiş, əksinə toplanaraq 32836 manat olmuşdur. Yenicə, yəni 15 may 2023-cü il tarixdən "xxxx" MMC-də təchizat şöbəsində fəhlə kimi işə düzəlmişdir. O aliment borcunun ödənilməsindən imtina etmir, belə ki, şərait yaradılacağı təqdirdə aliement borcundan kifayət qədər ödənişlər edəcəkdir. Bundan başqa məhkəmə iclasının gedişində tələbkarın xeyrinə 500 manat ödəniş etmişdir. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs nümayəndəsi X6 öz izahatında oğlunun yığılmış aliment borcundan 500 manat ödəniş etdiyini, qalan borcunu isə qısa bir zamanda ödəmək üçün əlindən gələni edəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Borclunun məhkəməyə təqdim etdiyi 16 may 2023-cü il tarixli, 51 saylı arayışdan məlum olur ki, Şəxs 15 may 2023-cü il tarixdən "xxxx" MMC-də təchizat şöbəsində fəhlə vəzifəsində işləyir. Aylıq əməkhaqqı 466 manat məbləğindədir. Borclunun məhkəməyə təqdim etidyi "xxxx" ASC-nin 5762 saylı, 31 may 2023-cü il tarixli qəbzinin surətindən aydın olur ki, borclu X11 hesabına 500 manat ödəniş etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada təzəlikcə, yəni 15 may 2023-cü il tarixdən işə düzəlmişdir. Həmin tarixədək borclunun rəsmi qaydada işləməsinə və yaxud hər hansı bir gəlirə də malik olmasına dair heç bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Məhkəmə gedişatı dövründə borclunun yaranmış fasilədən istifadə edərək aliment borcundan 500 manat ödəniş etməsi də bir daha bunu təsdiq edir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər uzun müddət birlikdə yaşamaqla tələbkar tərəfindən aliment borcu tələb edilməmiş və yalnız 02 may 2023-cü il tarixdə tələbkar bununla bağlı icra şöbəsinə müraciət etmişdir. 12 iyul 2021-ci il tarixdə X4 doğulması faktı da bu halı bir daha təsdiq edir. Bundan başqa məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqəsədə müvafiq deyildir. Belə ki, cərimə tənbeh növü borlunun onsuz da üzərində olan aliment borcunun ödənilməsini bir daha çətinləşdirər, inzbati həbs tənbeh tədbiri isə borclunun yenicə düzəldiyi işindən çıxarılmasına gətirib çıxara bilər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1124/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1124/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver