Məhkəmə qərarları › İş №3(002)-1125/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1125/2020

09.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1125/2020 09.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, X1 vəkili və nümayəndəsi X3iştirakı ilə, X1, Bakı şəhər Nizami RPİ-nin əməkdşaları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, “xxxxxxxxxxxx” QSC ilə bağlanmış rəsmi müqavilə əsasında Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Topaz” məntəqəsini (agent olaraq) işlədir. xx xxxxxxxx 2020-ci il tarixdə Nizami RPİ-nin 25-ci PBnin əməkdaşları onun fəaliyyət göstərdiyi “Topaz” məntəqəsinə gələrək barəsində İXM-nin 211.1-ci maddəsi ilə MN ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında isə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək 400 manat məbləğində cərimə edilmişdir. Polis əməkdaşları inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın tərtib olunmasına əsas kimi karantin rejimi dövründə Nazirlər Kabinetinin icazə vermədiyi fəaliyyətlər sahəsinə daxil olan xidmətlə məşğul olmağını bildirmişlər. İnzibati tənbeh vermə haqqında qərar qanunvericliyin tələblərinin kobudcasına pozulması ilə qəbul edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Nazirlər Kabinetinin 323, 178, 163, 194, 196, 237, 282 və 294 saylı qərarları ilə karantin rejimi dövründə fəaliyyəti qadağan edilən ictimai iaşə və digər müəssisələrin fəaliyyəti tənzimlənir. Nazirlər Kabinetinin 08 sentyabr tarixində qüvvəyə minən 04 sentyabr tarixli 323 nömrəli Qərarı ilə əksər müəssisələrin fəaliyyətinə icazə verilmiş və yumşalmalar başlanılmışdır. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarlarının heç birində “Topaz” fəaliyyətini qadağan edən heç bir müddəa yoxdur. İnzibati tənbeh isə xx xxxxxxxx 2020-ci il tarixdə tətbiq edilmişdir. Həmin qərarda Nazirlər Kabinetinin fəaliyyətini qadağan etdiyi sahələrdə mərc və digər oyunların keçirilməsi barədə müddəa yoxdur. Buna baxmayaraq onlar həmin tarixə qədər yalnız “online” qaydada fəaliyyət göstərmişlər. Heç bir müştəri qəbul etməmişlər. Onların fəaliyyəti də qadağan edilməmiş və onlar ASAN icazə sistemindən istifadə edərək fəaliyyət göstərmişlər. Polis əməkdaşları onların ünvanına baxış keçirərkən onlar həmin müəssisədə heç bir müştəri qəbul etməmişlər və müştəri qəbul etmələri ilə bağlı polis əməkdaşlarında da heç bir sübut olmamışdır. Odur ki, Bakı şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili və nümayəndəsi X6 öz izahatında şikayət ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən protokol tərtib edilərkən qeyd olunan ünvanda idman mərc oyunları üzrə heç bir fəaliyyət olmamış və hər-hansı bir bilet satışı da həyata keçirilməmişdir. Hətta həmin ünvanda qeyd olunan tarixdə hər-hansı bir fəaliyyət həyata keçirilmiş olsaydı belə bu Nazirlər Kabinetinin qərarı ilə qadağan edilən fəaliyyət sahələrinə aid deyildir. Bundan başqa “xxxxxxxxxxxx” QSC tərəfindən Nazirlər Kabinetinə xx xxxxxxxx 2020-ci il tarixdə məktubla müraciət edilmişdir. Həmin məktub nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən DİN-ə və İqtisadiyyat Nazirliyinə “Topaz” fəaliyyətinin məhdudlaşdırılmaması ilə bağlı göstərişdə verilmişdir. Hal-hazırda da Respublika üzrə “Topaz” agentləri heç bir məhdudiyyət olmadan fəaliyyətlərini “Karantin rejiminin qaydalarına uyğun” davam etdirməkdədirlər. Odur ki, X5 barəsində xx xxxxxxxx 2020-ci il tarixdə İXM-nin 211.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhər Nizami RPİ-nin 25-ci PB-nin rəisi tərəfindən qəbul edilmiş MN 057838 saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Nizami RPİ-nin 25-ci PB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə inzibati işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, tərəfin izahatını araşdıraraq hesab edir ki, X5 barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN 057838 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında Bakı şəhər Nizami RPİ-nin 25-ci PB-nin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, vətəndaş X5 xx xxxxxxxx 2020-ci il tarixdə C.Mirzəyev 51 A ünvanında “Topaz” idman mərc oyunları obyektində fəaliyyət göstərərək karantin rejim qaydalarını pozduğu üçün İXM-nin 211.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati protokol tərtib edilən X2 törətdiyi inzibati xətanın konkret olaraq nədən ibarət olması və onun karantin rejiminin hansı qaydalarını pozması göstərilməmiş və bu pozuntu qanunvericiliyin tələblərinə uyğun hər hansı bir formada əsaslandırılmamışdır. Əksinə şikayət vermiş şəxsin təqdim etdiyi Nazirlər Kabinetinin müvafiq qərarlarında “Topaz” idman mərc oyunlarının keçirilməsinə qoyulmuş qadağa öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli 323 saylı “xüsusi krantin rejimi ilə bağlı bəzi məsələlər barədə” Qərarında göstərilmişdir ki: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.1.2-ci, 1.1.5-ci yarımbəndlər və 1.2-ci bənd ləğv edilsin; 1.2. 1.1-1-ci bənddə “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin; 1.3. 2-ci hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının” sözləri “tələblərin” sözü ilə əvəz edilsin; 1.4. 3-cü hissədə “hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına” sözləri “tələblərə” sözü ilə əvəz edilsin; 1.5. 4-cü hissə ləğv edilsin; 1.6. həmin Qərara əlavə - “Fəaliyyətinə icazə verilən sahələr” üzrə: 1.7.1. 6.10-cu bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın; 1.7.2. aşağıdakı məzmunda 13-cü hissə əlavə edilsin: “13. Təhsil müəssisələrinin fəaliyyəti.”. 2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin: 2 “1.2. ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;”; 2.2. 1.3-cü bənd ləğv edilsin; 2.3. 1.15-ci bənddən “, Gəncə, Lənkəran” sözləri çıxarılsın və həmin bənddə “22:00-dan 08:00-dək” sözləri “00:00-dan 09:00-dək” sözləri ilə əvəz edilsin. 3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 3.1-ci bəndində “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının” sözləri “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun” sözləri ilə, “22:00-dək” sözləri “00:00-dək” sözləri ilə əvəz edilsin və həmin bənddən “açıq hava sahəsində” sözləri çıxarılsın. 4. Müəyyən edilsin ki: 4.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təmin edilir; 4.2. ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarı ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla saat 09:00-dan 00:00-dək həyata keçirilir; 4.3. bu Qərara əsasən fəaliyyətinə icazə verilən sahələrin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur. 5. Bu Qərar 2020-ci il 8 sentyabr tarixindən qüvvəyə minir. Yuxarıda qeyd olunan Qərardan da göründüyü kimi Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 saylı Qərarı ilə 1.1.2-ci bəndində göstərilən “ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər qadağası” yarımbəndi ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, X4 xx xxxxxxxx 2020-ci il tarixdə qeyd olunan ictimai iaşə müəssisəsində fəaliyyət göstərmiş olsaydı belə, onun bu fəaliyyəti özlüyündə karantin rejiminin pozulması kimi qiymətləndirilə bilməzdi. Karanatin rejiminin pozulması, həmin vaxtı qüvvədə olan qadağalardan hər-hansı birinin baş verməsi ilə bağlı yarana bilərdi. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Nizami RPİ-nin 25-ci PB-nin rəisi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar