Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1125/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəbrayıl rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-882/2022 saylı, 17 may 2022-ci il tarixli və e-2(002)-987/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-091/2022 nömrəli, 15 mart 2022-ci il tarixli və 2(072)-741/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli icra vərəqələri ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-882/2022 saylı, 17 may 2022-ci il tarixli və e-2(002)-987/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-091/2022 nömrəli, 15 mart 2022-ci il tarixli və 2(072)-741/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli icra vərəqələri ilə üzərinə düşən öhdəlikləri heç bir üzrlü səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-882/2022 saylı, 17 may 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs nisyə aldığı iki ədəd “Samsung Galaxy A71” markalı mobil telefonlara görə ödənilməmiş qalan 1813 manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməlidir. Bundan başqa Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-091/2022 nömrəli, 15 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 4722,20 manat məbləğində borc və ödənilmiş 73,26 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 987/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1710,02 manat dəyərində maddi zərər və 50 manat mediasiya xərci tutularaq “X3 Tredinq Company” MMC-yə ödənilməlidir. Bundan başqa Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 741/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 491 manat məbləğində əsas borc, 73,65 manat məbləğində cərimə borcu, ümumilikdə 564,65 manat borc və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri üzrə ayrı-ayrılıqda icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş, həmin bildirişlərin surəti borclu tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. İcra tədbirləri nəticəsində icra sənədi üzrə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 01 may 2023-cü il tarixdə borclu barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Cəbrayıl RPŞ-yə göndərilmişdir. Borclu axtarış qərarına əsasən 31 may 2023-cü il tarixdə Cəbrayıl RPŞ-nin əməkdaşı tərəfindən icra şöbəsinə təqdim edilmişdir. Hazırki vaxtadək borclu tərəfindən iddiaçıların xeyrinə ödəniş edilməmiş, ödənilməmiş məbləğ 8963,53 manat təşkil edir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı xəbərdar edilsə də, lakin görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, qeyd olunan icra vərəqələri üzrə borclu olduğunu qəbul edir. lakin hazırda işsiz olduğu üçün borcunu ödəyə bilmir. İşlə bağlı müraciət etsədə iş tapa bilməmişdir. himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-882/2022 saylı, 17 may 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs nisyə aldığı iki ədəd “Samsung Galaxy A71” markalı mobil telefonlara görə ödənilməmiş qalan 1813 manat məbləğində borc pul vəsaiti tutularaq iddiaçı X2 ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-882/2022 saylı, 17 may 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə borclu Şəxs göndərilmiş, xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-091/2022 nömrəli, 15 mart 2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 4722,20 manat məbləğində borc və ödənilmiş 73,26 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-091/2022 nömrəli, 15 mart 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 987/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1710,02 manat dəyərində maddi zərər və 50 manat mediasiya xərci tutularaq “X3 Company” MMC-yə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-987/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-741/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 491 manat məbləğində əsas borc, 73 manat 65 qəpik məbləğində cərimə borcu, ümumilikdə 564,65 manat borc və 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-741/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə rəsmi qaydada xx.xx.2022-ci il tarixdə borclu Şəxs göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar Şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev 10, mənzil 59 ünvanında yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında 01 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Qərarın icrası Cəbrayıl RPŞ-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-882/2022 saylı, 17 may 2022-ci il tarixli və e-2(002)- 987/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 091/2022 nömrəli, 15 mart 2022-ci il tarixli və 2(072)-741/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli icra vərəqələrinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM- 32.1.1), himayəsindı azyaşlı övladlarının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1125/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1125/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver