Məhkəmə qərarları › İş №3(002)-1127/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1127/2020

22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1127/2020 22.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 496.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materialgeri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən xx xxxxxx 2020-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsimləşdirilmiş yüklərin müvəqqəti saxlanc müddəti bitsədə həmin yüklərin rəsimləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 496.1-ci malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görəfiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Bundan başqa həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Göründüyü kimi Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində deyildir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 496.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar