Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1128/2021 23.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirəzliyev Amil Rəfayil oğlunun katibliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin nümayəndəsi X4 oğlunun iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin” barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC“ barəsində Qaradağ RPİ-nin DYPŞ-si tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan AP ******* №-li 11 iyun 2021-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC” inzibati xətanın törədilməsi zamanı mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı müvafiq səlahiyyətli orqana, bu barədə sorğu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verməmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin nümayəndəsi X4 oğlu öz izahatında qəbul edilmiş protokolla razılaşmayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin 14 may 2019-cu il tarixli 378 saylı əmrinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələri, o cümlədən bütün tabeli qurumlarının balansında olan avtomobil vasitələri əvəzsiz olaraq Sahələrarası Nəqliyyat və X2 İdarəsinin balansına verilmişdir. Həmin idarə tərəfindən bütün sürücülər və onların idarə etdiyi nəqliyyat vasitələri barədə məlumatlar hər il olduğu kimi 2021-ci ilin 01 fevral tarixli 30/38 və 30/41 saylı məktublarla Qaradağ RPİ-nin DYPŞ-na göndərilmiş və 11 fevral 2021-ci il tarixdə həmin məktublar şəxsən qəbul edilmişdir. Odur ki, təmsil etdiyi orqanın əməlində heç bir inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsə də həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC”-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməldir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC”-yə məxsus “QAZ 3302 206 yük” markalı ** JA *** qeydiyyat nişanlı avtomobilin sürücüsü 03 may 2021-ci il tarixdə saat 14:47-də Ələt-Astara Yolunun 38-ci kilometrində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə edərək İXM-nin 329.1-ci maddəsinin tələblərini pozduğuna görə cərimə olunmuşdur. Həmin pozuntuya görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC barəsində AP ******* saylı 11 iyun 2021-ci il tarixli protokol tərtib edilmişdir. İş materiallarına qeyd olunan inzibati materialın məhkəməyə göndərilməsinə dair hər hansı bir qərardad əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinin nümayəndəsi X4 oğlunun məhkəməyə təqdim etdiyi sənədlərdən aydın olur ki, həqiqətən də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin 14 may 2019-cu il tarixli 378 saylı əmrinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin struktur bölmələri, o cümlədən bütün tabeli qurumlarının balansında olan avtomobil vasitələri əvəzsiz olaraq Sahələrarası Nəqliyyat və X2 İdarəsinin balansına verilmişdir. Həmin idarə tərəfindən bütün sürücülər və onların idarə etdiyi nəqliyyat vasitələri barədə məlumatlar hər il olduğu kimi 2021-ci ilin 01 fevral tarixli 30/38 və 30/41 saylı məktublarla Qaradağ RPİ-nin DYPŞ-na göndərilmiş və 11 fevral 2021-ci il tarixdə həmin məktubların Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən şəxsən qəbul edilməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 111, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC”-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1128/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1128/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver