Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1134/2021 09.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Yardımlı rayonu, Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 09.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 09 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 1 ünvanında qanunsuz tikili aparılan zaman vətəndaş Şəxs polisin qanuni tələblərinə tabe olmamış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 məhkəmə iclasında tərəfindən tərtib edilmiş prtokolu müdafiə etdiyini qeyd edib, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokola etiraz edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Qızıldaş qəsəbəsi yeni massivdə yerləşən yeznəsi X3 məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına nəzarət edir. 09 sentyabr 2021-ci il tarixdə 12:00 radələrində polis əməkdaşları həmin əraziyə gələrək, orada işləyən fəhlələrə işin dəyandırılmasını bildirdilər. Həmin vaxt o da polis əməkdaşlarına yaxınlaşaraq onlara tikintiyə nəzarəti o etdiyini və hazırda fəhlələrin palçıq tökdüklərini və palçığın qurumaması üçün həmin palçığı istifadə etdikdən sonra işləri dəyandıracaqlarını demişdir. Bundan sonra polis əməkdaşları onunla razılaşaraq oranı tərk edib getmişlər. Onlarda işlərini davam etdirmişlər. Təxminən 3-4 saat keçdikdən sonra polis əməkdaşları yenidən tikinti gedən əraziyə gələrək ona palçıq qurtardıqdan sonra işləri niyə dəyandırmadığını demişlər. O da həmin vaxtı əsəbi olduğu üçün polis əməkdaşlarına “imkan verin işimizi işləyək” sözlərini demişdir. Bundan sonra polis əməkdaşları ona işləri dəyandırmağı israrla bildirdikdə oda cavab olaraq işlərini hələ yekunlaşdırmadıqlarını onlara demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Qaradağ RPİ-nin 38-ci polis bölməsinə gətirilmişdir. Bundan sonra polis bölməsində izahatı alınaraq barəsində polisin qanuni tələbini yerinə yetirməməsi ilə bağlı protokol tərtib edilmişdir. Bildirmək istəyir ki, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmiş, buna baxmayaraq əsasız olaraq barəsində protokol tərtib edilmişdir. Məhkəmədən göstərilənləri nəzərə alınaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün, polis nəfəri X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 09 sentyabr 2021-ci il tarixdə gündüz vaxtı ərazidə postaçı yoldaşı polis kiçik serjantı İsmayıl Qasımovla ilə birlikdə xidmətdə olan zaman Qızıldaş qəsəbəsi yeni massivdə X3 məxsus torpaq sahəsində qeyri qanuni tikinti aparılmasının qarşısı almağa köməkli göstərilməsi üçün qəsəbə nümayəndəliyi tərəfindən onlara məlumat verilmişdir. Bundan sonra onlar həmin ünvana yaxınlaşaraq orada işləyən fəhlələrə işlərini dəyandırmağı tələb etmişlər. Həmin vaxtı bir nəfər şəxs onlara yaxınlaşaraq həmin tikintinin onun yeznəsinə aid olduğunu və işlərə nəzarəti o etdiyini demişdir. Həmin şəxsə tikintiyə dair müvafiq sənədlərinin olmadığı üçün işləri dəyəndırmağı bildirmişlər Həmin şəxs fəhlələrin palçıq tökdüklərini və palçığın qurumaması üçün həmin palçığı istifadə etdikdən sonra işləri dəyandıracaqlarını demişdir. Bundan sonra onlar həmin yeri tərk edib getmişlər. Təxminən 2-3 saat keçdikdən sonra saat təxminən 15:00 radələrində işlərinin dəyandırılmasına əmin olmaq üçün həmin yerə qayıtmışlar. Həmin vaxtı tikilinin davam etdiyinin və işlərin dəyandırlmadığının şahidi olmuşlar. Bundan sonra onlar orada işləyən fəhlələrə işləri dəyandırmağa dair göstəriş versələr də, özünü tikilinin sahibinin qohumu kimi təqdim edən şəxs onlara tərəf yaxınlaşaraq yüksək səslə “imkan verin işimizi işləyək” sözünü demişdir. Onlar həmin şəxsə tikiliyə dair sənədlər olmadığı üçün tikintinin aparılmasının və onun hərəkətlərinin qanunsuz olduğunu bildirdik. Lakin, həmin şəxs “bu tikintini heç kim dəyandıra bilməz” sözlərini deyərək öz qanunsuz hərəkətlərini davam etdirib, onların tələbinə tabe olmayaraq onlara qarşı kobudluq göstərmişdir. Bundan sonra həmin şəxs tərəflərindən 6765 çağırışlı avtopatrula əyləşdirib 38-ci Polis Bölməsinə gətirmişdir. Polis bölməsində müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1980-ci təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün, polis nəfəri X4 özündən əvvəl izahat vermiş digər şahid X5 ilə eyni məzmunlu izahat verərək onun bildirdiklərini təsdiq etmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 09 sentyabr 2021ci il tarixli raport, protokol tərtib etmiş şəxsin və şahidin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 09 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 1 ünvanında qanunsuz tikili aparılan zaman polisin qanuni tələblərinə tabe olmamış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda iş materialları ilə də uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə inzibati mməsuliyyətə cəlb olunmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1134/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1134/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver