Məhkəmə qərarları › İş №3(002)-1134/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1134/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1134/2022 30.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1961-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 30 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6, borclu Şəxs barəsində 30 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-239/15 saylı, 23 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs X2na ödəməli olduğu 32930 manat borcu ödəmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-239/15 saylı, 23 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən Şəxs X4 xeyrinə 34000 manat borc, 100 manat vəkilə ödənilmiş pul, 30 manat dövlət rüsumu, cəmi 34130 manat tutulması qət edilmişdir. İcra vərəqi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 27 avqust 2020-ci il tarixdə "xxxx" MMC tərəfindən 1200 manat qiymət qoyulmuş Şəxs məxsus “VAZ- 21063” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomaşın tələbkar X7 tərəfindən qəbul edilmişdir. Nəticədə borclunun tələbkara hal-hazırda 32930 manat borcu qalmışdır. Borclu həmin ödənişdən sonra bu günədək borcundan heç bir ödəniş etməmiş, deməsinə görə sonuncu iş yerində maaşının yarısı borcundan çıxılmış, lakin bu ödənişlə bağlı ona heç bir qəbz və ya digər rəsmi sənəd daxil olmamışdır. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 30 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, borclu tərəfindən borcun ödənilməsindən qəsdən boyun qaçırılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-239/15 saylı, 23 yanvar 2015-ci il tarixli qərarından yeddi il keçməsinə baxmayaraq borc məbləğindən ağlabatan miqdarda ödəniş edilməmişdir. Borclu tərəfindən verilmiş “VAZ-21063” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomaşın isə o qədər istifadəyə yararsızdır ki, onu metal emalı müəssisələrinə belə satmaqda çətinlik çəkir. Bundan əlavə qeyd etmişdir ki, Şəxs kifayət qədər vaxt olsa da bu müddət ərzində borcundan heç bir ödəniş etməmiş və bu ödənişi etməyə cəhd belə göstərməmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqindən xəbəri vardır. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-239/15 saylı, 23 yanvar 2015-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 34130 manat pulun tutulması qət edilmişdir. O borcun ödənilməsi məqsədilə mülkiyyətində olan VAZ-21063” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomaşını 1200 manata tələbkarın mülkiyyətinə keçirmişdir. Bundan başqa ayrı-ayrı vaxtlarda tələbkara 1600 manat və 400 manat borcundan ödəniş etdiyini və borclu ilə aralarında olan sonuncu danışığa əsasən 19000 manat borcunun qaldığını bildirmişdir. O şərait yaradılacağı təqdirdə bu ilin sonunadək qalan bütün borcu ödəyəcəyinə söz verdiyini bildirərək, ikinci qrup əlilliyi olmasını, hal-hazırda heç bir yerdə işləməsinin nəzərə alınaraq məhkəmədən iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli elektron çıxarışdan aydın olur ki, Şəxs ikinci qrup əlilliyi ilə əlaqədar 268 manat təqaüd alır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ikinci qrup əlil olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar