Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1140/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri X8 və X17 oğlunun, İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı məsləhətçisi X5, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı məsləhətçisi X21 oğlu tərəfindən tərtib olunmuş 07 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati protokoldan və iş materiallarından görünür ki, 07 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Bakı-ünvan 1 ünvanında Şəxs MMC-nin rəhbəri tərəfindən yoxlayıcıya yoxlamaya aid sənədlərin təqdim edilməməsi, istehsal və emal müəssisələrinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə və digər yerlərə baxış keçirilməsinə mane olması halı müəyyən edilmişdir. Buna görə də Şəxs MMC-nin rəhbəri X12 barəsində İXM-nin 602.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquq şöbəsinin məhkəmələrlə iş sektorunun böyük məsləhətçisi X15 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sement zavodlarında yoxlamalar aparılır. O cümlədən Dövlət Xidmətinə daxil olmuş məlumat əsasında Şəxs MMC-də plandankənar yoxlama aparılması məqsədilə əməkdaşlar tərəfindən iki dəfə həmin təşkilatın ünvanına gedilsə də, Şəxs MMC tərəfindən yoxlama aparılmasına, əməkdaşların şirkətin ərazisinə burxaılmasına şərait yaradılmamış və eləcə də xidməti zərurətlə əlaqədar tələb olunan sənədlər təqdim olunmamışdır. Odur ki, Şəxs MMC-nin rəhbəri X4 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, yoxlama keçirilən ərəfədə alınmış məlumatlara əsasən , Şəxs MMCnin rəhbərinin X4 olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət şöbəsinin baş məsləhətçisi X17 oğlu öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 08 iyul 2020-ci il tarixdə məktubla Şəxs MMC-yə müraciət edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin 4.0.5-ci bəndi rəhbər tutulmaqla yaranmış xidməti zərurətlə əlaqədar Şəxs MMC tərəfindən istehsal olunan sement məhsullarının çeşidləri barədə, istehsal olunan sement məhsullarının çeşidləri üzrə dövlət standartı barədə məlumatların, o cümlədən uyğunluq sertifikatının surətinin, qablaşdırma nümunələrinin və markalanma nümunələrinin beş iş günü müddətində Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. Qeyd olunan məktub birinci dəfə Şəxs MMC-yə ekspress poçtla göndərilsə də, şirkət tərəfindən bu rəsmi hesab olunmadığı bəhanəsi ilə qəbul edilməmiş və məktubun rəsmi dövlət poçt şöbəsi vasitəsilə göndərilməsi bildirilmişdir. Buna görə də ikinci dəfə "xxxx" MMC vasitəsilə həmin məktub göndərilsə də, poçt xidmətindən onlara ünvanın tam olmaması haqqında məlumat verilmişdir. Bundan sonra Şəxs MMC ilə əlaqə saxlayaraq onlardan qeyd olunan sənədləri təqdim etmələri xahiş edilmiş və bildirmişlər ki, Şəxs MMC-də yoxlama aparmaq niyyətində deyillər. Lakin Şəxs MMC-dən Fikrət adlı əməkdaşın buna etiraz etməsi onlarda Şəxs MMC-də qanunsuzluq olması barədə şübhələr yaratmış və nəticədə 03 sentyabr 2021-ci il tarixdə Şəxs MMC-nin ünvanında “plandankənar“ (növbədənkənar) yoxlamanın aparılmasına dair 000057 nömrəli qərar qəbul edilmişdir. Bundan sonra 06 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarış alınaraq Xidmətin əməkdaşları tərəfindən iki dəfə Şəxs MMC-nin fəaliyyət göstərdiyi ünvana gedilsə də, MMC tərəfindən əməkdaşlar şirkətin ərazisinə buraxılmamış və lazimi sənədlər təqdim edilməmişdir. Odur ki, Şəxs MMC-nin rəhbəri X4 inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, yoxlama keçirilən ərəfədə alınmış məlumatlara əsasən , Şəxs MMC-nin rəhbərinin X4 olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparıcı məsləhətçisi X13 öz izahatında qeyd olunan protokolun onun tərəfindən tərtib edildiyini bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinshisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Plandankənar” (növbədənkənar) yoxlamanın aparılmasına dair 03 sentyabr 2021-ci il tarixli, 000057 nömrəli qərarı ilə Şəxs MMC-dən istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə nəzarət sahəsinə uyğun olaraq məhsulların üzərində istehsal tarixinin və istifadə müddətinin düzgün göstərilib-göstərilməməsinin, məhsulların markalanmasının texniki hüquqi aktların tələblərinə uyğun olub-olmamasının yoxlanılması tələb olunmuşdur. 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Bakı-ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektin qapısına yaxınlaşmış və özünü obyektin nümayəndəsi kimi təqdim edən Fikrət adlı şəxsdən rəhbərliklə əlaqə saxlanılmasını və yoxlama barədə məlumat verməsini xahiş etmişlər. Həmin nümayəndə tərəfindən yaradılan telefon əlaqəsi zamanı özünü müdir kimi təqdim edən şəxsə yoxlama sualları, predmeti, hüquq və vəzifələri haqqında məlumat vermişlər. Telefonla əlaqə saxladıqları şəxs onların obyekt ərazisinə daxil olmalarına və yoxlama keçirilməsinə icazə vermədiyini bildirmişdir. Onlar tərəfindən dəfələrlə MMC-nin rəhbəri ilə telefon əlaqəsi saxlanılaraq qanunvericiliyin tələblərinin izah olunmasına baxmayaraq yenidən onlara yoxlama keçirilməsi üçün şərait yaradılmamış, hər-hansı sənədlər təqdim edilməmiş və onları MMC-nin ərazisinə buraxmamışlar. 07 sentyabr 2021-ci il tarixdə yenidən Şəxs MMC-yə məxsus obyektin qapısına yaxınlaşmışlar və onları yenidən Fikrət adlı şəxs qarşılamışdır. Onlar bir daha Fikrət adlı şəxsdən rəhbərliklə əlaqə saxlanılmasını bildirmiş, lakin rəhbərlikdən onlarla heç bir əlaqə saxlanılmamış və yoxlama məqsədilə obyektə daxil olmalarına icazə verilməmişdir. Bu faktı hal şahidləri X14 və X6 öz imzaları ilə təsdiq etmişlər. Qeyd olunan faktla əlaqədar Şəxs MMC-nin rəhbəri X4 əməli İXM-nin 602.4-cü maddəsi ilə tövsif olunaraq onun barəsində 07 sentyabr 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 şirkət barəsində tərtib olunmuş protokola etiraz edərək öz izahatında göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 03.09.2021-ci il tarixli plandankənar yoxlamanın aparılmasına dair 000057 saylı qərarı və 07.09.2021-ci il tarixli 000054 saylı yoxlama aktı dövründə "xxxx" MMC-də rəhbər şəxs (direktor) vəzifəsi vakant olmuşdur. Belə ki, müəssisənin rəhbəri olmuş (direktoru) X12 01.09.2021-ci il tarixində təsisçinin müvafiq əmri ilə işdən azad olmuşdur. Müəssisədə bu səbəbdən 01.09.2021-ci il tarixindən yeni rəhbər (X10) təyin olunana qədər, yəni 15 sentyabr 2021-ci il tarixədək rəhbər şəxs olmamışdır. Həmçinin "xxxx" MMC ayda cəmi 5 (beş) gün fəaliyyət göstərir. "xxxx" MMC-yə 15.09.2021-ci il tarixində yeni rəhbər (direktor) X10 təyin edilmişdir. "xxxx" MMC-nin faktiki olaraq fəaliyyət göstərdiyi müəssisə "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" MMC həmin ünvanda icarəçi olaraq fəaliyyətdədir. "xxxx" MMCnin faktiki olaraq fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsindəki əmlaklar vergi orqanı tərəfindən möhürlənmişdir. Qeyd olunanları nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ərizəsi təmin edilməməli, barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" MMC-nin İXM-nin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair tərtib olunmuş 07.09.2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, nümayəndələrin izahatlarını, tərəflərin təqdim etdikləri sənəd və foto şəkilləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hüquqi şəxsin rəhbəri kimi barəsində inzibati protokol tərtib edilmiş X12 Şəxs MMC-də plandankənar yoxlamanın aparılmalı olduğu dövrdə həmin şirkətdə işləməmişdir. Belə ki, Şəxs MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın olur ki, Şəxs MMC-nin rəhbəri olmuş X4 əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən 01 sentyabr 2021-ci il tarixdə xitam verilmiş və 15 sentyabr 2021-ci il tarixdə həmin şirkətin rəhbəri X11 təyin olunmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş 07 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin rəhbərinin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1. Bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa iş materiallarında Şəxs MMC-nin rəhbəri barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinin vaxtı və yeri barədə məlumatlandırılmasına dair heç bir sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 43, 53, 109, 114, 115, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X12 barəsində İXM-in 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1140/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1140/2021
12.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver