Məhkəmə qərarları › İş №3(002)-1140/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1140/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1140/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Bakı şəhər X7 İdarəsinin polis polkovniki X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, 05 aprel 2024-cü il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Bakı şəhər X7 İdarəsinin polis polkovniki X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, 05 aprel 2024-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X7 İdarəsinin polis polkovniki X3 tərəfindən protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında TP ******* saylı, 05 aprel 2024-cü il tarixli qərarı ilə o, İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, Bakı şəhəri Qaradağ rayon X5 xidmətinin əməkdaşları tərəfindən qanunsuzluğa və özbaşınalığa məruz qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Bakı şəhərindən Mingəçevir şəhərinə ** EU *** dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə daş bloklar gətirərkən Qaradağ rayon postunda Post Patrul Xidməti əməkdaşları tərəfindən yük maşını qeyd etdiyi yüklə birgə çəkiyə çıxarıldı və çəkildi. Maşının çəkisinin 26900 kq olmasının bildirmişlər. Halbuki onu özü müşahidə etməmişdir. Buna görə də protokol tərtib edilmişdir. Kamaz sahibinə dərhal mətumat vermiş və o da təcili olaraq post məntəqəsinə gəlib yük maşınını təkidlə yenidən çəkilməsini tələb etmişdir. Polis əməkdaşları çəkməmək üçün israr etsələr də, sahibi onun həmin tarixdə saat 18:10-da çəkiyə çıxarılmasına nail oldu. Post məntəqəsində yerləşdirilmiş komputerdə göstərilən çəki bu dəfə 24280 kq olaraq göstərildi və kamazın sahibi həmin çəkini mobil telefon vasitəsi ilə video qeydə aldı. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. X2 və Bakı şəhər X7 İdarəsi işin baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X2 və Bakı şəhər X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiala işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Bakı şəhər X7 İdarəsinin polis polkovniki X3 tərəfindən tərtib olunmuş TP ******* saylı, 05 aprel 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar