Məhkəmə qərarları › İş №3(002)-1141/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1141/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1141/2021 24.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə, 03 avqust 1978-ci il tarixdə Cəbrayıl şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Cəbrayıl şəhəri, S.Vurğun küçəsi 40-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında 25 avqust 2021-ci il tarixli, TP ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X10 İdarəsinin inzibati tənbeh tətbiq etmə haqqında 25 avqust 2021-ci il tarixli, TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X6 öz izahatında verdiyi şikayəti müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ-nin rəisi, polis X2 tərəfindən tərtib edilmiş 25 avqust 2021-ci il tarixli TP ******* saylı qərarla o, İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, eyni hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin DYPŞ-nın rəisi tərəfindən 29 mart 2021-ci il tarixli TP ******* saylı qərarla İXM-nin 333.1-ci madəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Qaradağ rayon Məhkəməsinə şikayət vermişdir. Qaradağ rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli qərarı ilə 29 mart 2021-ci il tarixli TP ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün geri qaytarılmışdır. Bundan sonra barəsində heç bir əlavə araşdırma aparılmadan və məhkəmə qərarında göstərilən ziddiyyətli hallar araşdırılmadan barəsində mexaniki olaraq şablon xarakterli, eyni məzmunlu Bakı şəhər DYPİ-nın rəisi, polis X2 tərəfindən 26 may 2021-ci il tarixli TP ******* saylı qərarla o yenidən İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Bundan sonra o yenidən həmin qərardan Qaradağ rayon Məhkəməsinə şikayət vermiş və Qaradağ rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə 26 may 2021-ci il tarixli TP ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün geri qaytarılmışdır. Bundan sonra Bakı şəhər DYPİ-də yenə də heç bir əlavə araşdırma aparılmadan və məhkəmə qərarında göstərilən ziddiyyətli hallar araşdırılmadan barəsində mexaniki olaraq şablon xarakterli, eyni məzmunlu Bakı şəhər DYPİ-nın rəisi, polis X2 tərəfindən 25 avqust 2021-ci il tarixli TP ******* saylı qərarla o üçüncü dəfə İXMnin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş protokolda və həmin protokol üzrə qəbul edilmiş qərarda qeyd edilir ki, o, 28 yanvar 2021-ci il tarixdə saat 08:40 radələrində Qaradağ rayonu ərazisində Lökbatan dairəsində “Kia Optima minik” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Bu tamamilə əsassızdır. Çünki, 28 yanvar 2021-ci il tarixdə o, sərxoş vəziyyətdə avtomobili idarə etməmişdir. Sərxoşluğu barədə onu sertifikatı olmayan alkotest ilə yoxlamışlar, lakin həkim müayinəsinə aparmamışlar. Həmin vaxtı alkotestin müştüyünü belə dəyişməmişlər. Onu saxlayan polis işçisi ondan icib içmədiyimi sorusmuş, o da içkili olmadığını bildirmişdir. Bu vaxt polis işçisi ona demişdir ki, izahat yaz ki, “sərxoş vəziyyətdə sükan arxasında olmayacağam” və o da bu barədə izahat yazmışdır. Lakin polis işçisinin qərəzli olmasını başa düşdüyü üçün o, polis işçisinin yanından ayrılandan sonra dərhal sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün müraciət etmiş və 28 yanvar 2021-ci il tarixdə saat 11:10 radələrində sərxoş olmamağına dair müayinə aktı verilmişdir. Lakin onun barəsində əsassız olaraq 29 mart 2021-ci il tarixdə İXM-nin 333.1 -ci maddəsi ilə qərar qəbul edilmiş və o, həmin qərardan Qaradağ rayon məhkəməsinə şikayət etmişdir. Məhkəmənin 16 aprel 2021-ci il tarixli qərarı ilə 29 mart 2021-ci il tarixli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Lakin bu müddət ərzində heç bir araşdırma aparılmamış və yenidən əsassız olaraq 25 avqust 2021-ci il tarixli TP ******* saylı qərarla o, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Əlavə olaraq bildirmişdir ki, barəsində tərtib edilmiş qərar düzgün tərtib edilməmiş və bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olmaqla ləğv edilməlidir. Birincisi o, içkili olmadığı halda o, əsasız olaraq aldadılaraq protokol yazılmışdır. Protokolda 08:40 göstərilmişdir. Üstündən 02 saat yarım keçəndən sonra isə onda ümumiyyətlə alkoqol aşkar edilməmişdir. Necə ola bilər ki, protokol tərtib ediləndən iki saat sonra onda ümumiyyətlə alkoqol aşkar edilməsin. Bu onu göstərir ki, barəsində tam qanunsuz və əsasız protokol tərib edilmişdir. İkincisi, tərtib edilmiş qərardan görünür ki, hadisə 28.01.2021-ci ildə saat 08:40 radələrində baş vermişdir. Həmin vaxtdan iki ay sonra 29.03.2021-ci il tarixdə qərar qəbul edilmiş və onun bu barədə xəbəri olmamış, sonradan o, gedib tələb edəndən sonra ona qərarın surətini vermişlər. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ əməkdaşları onun idarə etdiyi avtomobili saxlayarkən stansionar postun qurulub qurulmaması barədə ona heç bir sənəd təqdim etməmişlər. Polis əməkdaşları ona içkilik dərəcəsinin ölçüsünü müəyyən edən alkotesterin müştuyunu dəyişməmiş və həmun cihazın selfikatını təqdim etməmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri DYPİ Polis X2 tərəfindən tərtib edilmiş 25 avqust 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhər X10 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 şikayəti təmin edilməli, yəni 25 avqust 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X1 məhkəməyə təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 28 yanvar 2021-ci il tarixli, 2/2075 saylı aktdan aydın olur ki, o həmin gün saat 11:10 radələrində müayinədən keçirilərkən onda hər hansı bir sərxoşluq vəziyyəti müəyyən edilməmiş və ayıq olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 28 yanvar 2021-ci il tarixdə saat 08:40 radələrində tibbi müayinədən keçərkən sərxoş olması qeyd edilsə də, həmin gün saat 11:10 radələrində yenidən Respublika Narkoloji Mərkəzi X8 müayinə zamanı “ayıq” olduğu müəyyən edilmişdir. Göründüyü kimi X3 barəsində eyni gündə iki fərqli rəylər verilmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta haqqında qəbul edilmiş qərarlar Qaradağ rayon Məhkəməsinin 16 aprel 2021ci il tarixli və 15 iyul 2021-ci il tarixli qərarları ilə ləğv edilib yenidən araşdırma aparılması üçün geri qaytarılsa da, Bakı şəhər DYPİ-si tərəfindən bu barədə əlavə heç bir araşdırma aparılmamış və əlavə heç bir əsaslandırma göstərilmədən eyni məzmunlu, şablon xarakterli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : X6 tərəfindən verilmiş şikayət təmin olunsun. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 25 avqust 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar