Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1143/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material baxılması üçün Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs qanunsuz olaraq narkotik maddənin istehlakı ilə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi X2 öz izahatında protokolu müdafiə edərək, təmin edilməsini xahiş etmiş və həmin protokolun 15 may 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar əsasında tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, iş üzrə özünü təqsirli hesab edir. Narkotik vasitənin metafetamin növündən Suraxanı rayonu ərazisində istifadə etmişdir. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün Qaradağ rayonuna müştəri gətirmiş, bu səbəbdən YPX tərəfindən Qaradağ rayonu ərazisində saxlanılmış və polis əməkdaşının sualına cavab olaraq narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin material mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından və işə əlavə olunmuş sənədlərdən (cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan) aydın olur ki, Şəxs narkotik vasitədən Bakı şəhəri Suraxanı rayonu ərazisində istifadə etmişdir. Eləcə də nəzərə alınmalıdır ki, İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi uzanan inzibati xəta kimi qiymətləndirilsə də, onların istehlakı uzanan inzibati xəta kimi qiymətləndirilə bilməz. Odur ki, hazırkı materiala xətanın aşkar edildiyi yer üzrə deyil, məhz inzibati xətanın törədildiyi yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 112.4-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş MN ******* saylı inzibati xəta üzrə protokol və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1143/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1143/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver