Məhkəmə qərarları › İş №3(002)-1148/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1148/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1148/2025 16.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(002)-2164/20 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icra edilməsi üzrə borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra məmurunun qanuni tələbini icra etməməklə ümumilikdə 11632 manat aliment borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hər iki icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildirişlər göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Əvvəllər o, tələbkara ödənişlər etsə də, 2025-ci il üzrə yalnız fevral ayında 300 manat ödəniş etmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, borclu və tələbkar hazırki iclasda öz aralarında razılığa gəldiyinə görə, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, qeyd olunan icra sənədindən xəbərdardır. O, 2025-ci ilin fevral ayınadək mütəmadi olaraq ödənişlər etmişdir. Lakin, o, tələbkarla münasibətləri pozulduğuna görə sonuncu dəfə fevral ayında 300 manat ödəmişdir. Lakin hazırda tələbkarla aralarında ödənişə dair razılıq əldə edildiyini nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Müdafiəçi ilə təmin olunmaq istəməməsi onun maddi vəziyyəti ilə bağlı deyildir. Məhkəmə iclasında tələbkar X9 çıxışında bildirdi ki, borclu ona sonuncu dəfə 2025-ci ilin fevral ayında 300 manat ödəniş etmişdir. Hazırki məhkəmə iclasında borclu hər ay 400 manat ödəniş etməyi öz öhdəsinə götürdüyü üçün, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş bir neçə icra sənədinin birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və 17 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Haqverdiyeva( Bəşirova) Könül Aslan qızına ödənilməlidir Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2164/20 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 04 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 sentyabr 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa görə 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X6 xeyrinə tutulmalıdır. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2017-ci il və xx.xx.2020ci il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(002)-2164/20 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədləri üzrə icraata başlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və 2(002)-2164/20 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 11632 manat aliment borcu yaranmışdır. İş materiallarında olan ərizədən görünür ki, borclu və tələbkar arasında ödənişə dair razılıq əldə edilmişdir. Məhkəmə hazırki iş üzrə icra məmurunun vəsatətini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə qaytarılsın. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar