Məhkəmə qərarları › İş №3(002)-1151/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1151/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1151/2025 19.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, X4 katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 16 may 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinə gətirilmiş, narkotik vasitələr qəbul edib-etməməsini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan THC (+), AMP (+), MET (+), PGB (+), MOP (+), MTD (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə inspektoru X2 bildirmişdir ki, Şəxs 16 may 2025-ci il tarixdə narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Sonradan o, narkoloji müayinədən keçirilmək üçün dispanserə aparılmış və onun narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə narkotik maddə qəbul etmişdir. Həmin istifadə etdiyi maddə qurudulmuş marixuana olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 2865 saylı rəydən görünür ki, Şəxs sidiyində THC (+), AMP (+), MET (+), PGB (+), MOP (+), MTD (+) aşkar edilmişdir. Şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 19 may 2025-ci il tarixdən, saat 15.00-dan hesablansın. Həbs müddətinin sonu 08 iyun 2025-ci il tarixə, saat 15.00.a müəyyən edilsin. Şəxs barəsində narkomaniyadan məcburi mülicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar