Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1153/2025 29.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, X1 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 12 may 2025-cü il tarixli, EQ 27902874 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 12 may 2025-ci il tarixli EQ 27902874 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, etibarnamə əsasında idarə etdiyi DAF XF 105 YÜK markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qazax rayonundan Bakı istiqamətində hərəkətdə olarkən saat 22:12də Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində SMS Radar tətbiqindən və Asanpay elektron sistemindən telefonuna İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimələndiyi haqqında SMS daxil olmuşdur. Cərimə yazılmasına səbəb kimi idarə etdiyi yük avtomobilinin yüklə birlikdə kütləsinin Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli, 104 №-li qərarı ilə müəyən edilmiş (Yəhərli avtoqatarlar üçün 40 ton) həddən artıq olduğu göstərilmişdir. Elektron qərarda göstərildiyinə görə həmən anda idarə etdiyi avtomobilin yüklə birlikdə kütləsi 42 ton 580 kq olmuşdur. Qərarla razı deyil və qərarın əsassız olduğu qənaətindədir. Belə ki, idarə etdiyi avtomobil xx.xx.2025-ci il tarixində, saat 15:49-da Qazax rayonu ərazisində yerləşən "X6 Zavodu" MMC-yə məxsus olan zavodda yüklə doldurulmuş, həmən vaxt yükün miqdarı zavoda məxsus olan elektron tərəzi vasitəsi müəyyən edilmişdir. Bu zaman avtomobilin yüklə birlikdə ümumi kütləsi 39 ton 640 kq olmuşdur. Bu fakt "X6 Zavodu" MMC-yə məxsus tərəzidən verilmiş tərəzi qəbzində də öz əksini tapmışdır. Yüklənmədən zamanı elektron-əmtəə nəqliyyat qaiməsi tərtib edilmiş və məlumatlar AYNA sisteminə daxil edilmişdir (tərəzi qəbzi üzərindəki ştrix kodla yoxlamaq mümkündür). Qazax rayonu ərazisində yerləşən "X6 Zavodu” MMC-də yüklənən yük 2025-ci il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-yə məxsus zavoda təhvil verilmişdir. Yükün təhvil verilməsi zamanı "xxxx" MMC-nin əməkdaşı tərəfindən tərəzi qəbzi imzalanmış və həmən kütlə ilə mal qəbul edilmişdir. Əlavə olaraq SMS radar vasitəsi ilə 600 manat məbləğində cərmələndiyi məlumatını aldıqdan sonra Biləcəri qəsəbəsində yerləşən tərəzidə də avtomobilin kütləsini müəyyənləşdirmişdir. Həmən ərazidə yerləşən tərəzidən əldə edilmiş qəbzdə avtomobilin yüklə birlikdə kütləsinin 39 ton 420 kq olduğu öz əksini tapmışdır. Bundan əlavə, Qazax rayonundan Bakı istiqamətində hərəkətdə olarkən həmən tarixdə Ucar Rayonu ərazisində yerləşən, AYNA tərəfindən quraşdırılmış elektron tərəzi üzərindən də keçmişdir. Lakin həmən tərəzidə heç bir qayda pozuntusu qeydə alınmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2024-cü il tarixli, 1191-VİQD №li qərarının 7.2-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində dəyişiklik edilmiş və həmən maddəyə "İcazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5% və daha artıq aşmaqla" əlavəsi olunmuşdur. Buna əsasən Nazirlər Kabinetinin 104 №-li qərarında Yəhərli Avtoqatarlar üçün göstərilən 40 ton həddi üçün 2 tona (40 ton + 5%) qədər güzəşt həddi müəyyən edilmişdir. O, avtomobilin yüklənməsi zamanı bu güzəşt həddindən də istifadə etməmiş, qanunvericilikdə nəzərdə tutulandan 2 ton az yük yükləmişdir. Görüldüyü kimi həm alıcı tərəfindən elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmiş, məlumatlar sistemə yüklənmişdir. Bundan başqa Biləcəri qəsəbəsində yerləşən tərəzidən əldə edilmiş qəbzdə də avtomobilin yüklə birlikdə kütləsinin satıcı tərəfindən verilmiş qəbzdəki kütləyə uyğun olmuşdur. Əlavə olaraq Ucar Rayonu ərazisində yerləşən AYNA tərəfindən quraşdırılmış elektron tərəzidə də heç bir qayda pozuntusu qeydə alınmamışdır. Məhkəmə iclasında iştirak edən X3 verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, idarə etdiyi DAF XF 105.460 yük markalı ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikioxlu dartıcı və üçoxlu yarımqoşquya qoşulmaqla ümumilikdə beş oxlu kombinə edilmiş nəqliyyat vasitəsidir və həmin avtomobillər üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. 12 may 2025-ci il tarixdə idarə etdiyi DAF XF 105.460 yük markalı ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qazax rayonunda yerləşən “X7 Zavodu”dan Bakı şəhərinə sement yükü aparırmış. Həmən zavodda avtomobili elektron tərəzi vasitəsilə çəkdirmiş, avtomobilin yüklə birlikdə ümumi kütləsi 39 ton 640 kq olmuşdur. Bununla bağlı zavoddan ona müvafiq qəbz də təqdim edilmişdir. Ona cərimə edilməsi ilə bağlı “sms” bildiriş gəldikdən sonra bir daha əmin olmaq üçün avtomobili Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən tərəzidə də çəkdirmiş, həmin tərəzi qəbzinə əsasən yük avtomobilinin çəkisi 39 ton 420 kq olmuşdur. Həmçinin o Qazax rayonundan Bakı istiqamətində hərəkətdə olarkən Ucar rayonu ərazisində də elektron tərəzidən keçmiş, ona hər hansı pozuntu olması barədə məlumat daxil olmamışdır. Qeyd etdikləri ilə bağlı tərəzi qəbzlərini iş materiallarına əlavə etmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİN-nin BDYPİ-nin 12 may 2025-cü il tarixli, EQ 27902874 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 12 may 2025-cü il tarixli, EQ 27902874 nömrəli qərardan aydın olur ki, X3 12 may 2025-cü il tarixdə saat 22:12-də idarə etdiyi «DAF XF 105.460» yük markalı ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 12 may 2025-cü il tarixdə, saat 22:12-də «DAF XF 105.460 yük» markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomaşın M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42580 kq olmuşdur. Şikayətçinin iş materiallarına əlavə etdiyi “Arkoz Sement” zavodundan verilmiş 12 may 2025-ci il tarixli əmtəə nəqliyyat qaiməsindən aydın olur ki, 12 may 2025-ci il tarixdə, saat 15:49-da nəqliyyat vasitəsinin dolu çəkisi 39.64 kq olmuşdur. Bunda əlavə 12 may 2025-ci il tarixli, 16734 saylı qəbzin surətindən aydın olur ki, ** CU *** dövlət qeydiyyat nişanlı avtomaşın Biləcəri qəsəbəsində 12 may 2025-ci il tarixdə, saat 23:07-də tərəzidə çəkilərkən ümumi çəkisi 39420 kq olmuşdur. Məhkəmə həmin tərəzi çeklərinə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki qeyd olunan avtomobilin yüklə dolu Bakı şəhəri istiqamətində gələrkən əlavə yüklənməsi və eləcə də inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 12 may 2025-cü il tarixdə saat 22:12-də idarə etdiyi «DAF XF 105.460 yük» yük markalı ** CU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 12 may 2025-cü il tarixli, EQ 27902874 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 DİN-in BDYPİ-nin 12 may 2025-cü il tarixli, EQ 27902874 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1153/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1153/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver