Məhkəmə qərarları › İş №3(002)-1154/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1154/2022

03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1154/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, DİN-in NBPİ-nin Su NPİ-nin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ DİN-in X10 İdarəsinin İTB-nin baş inspektoru, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 03 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 03 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərardan və protokoldan görünür ki, Şəxs 22 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə saxlanılan qayığın içərisindən iki ədəd, hər birinin uzunluğu 70 metr olan toru oğurlayaraq zərərçəkmiş şəxsə 300 manat məbləğində ziyan vurmaqla xırda talama əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in NBPİ-nin Su NPİ-nin İTB-nin YYÇ-la profilaktiki işin təşkili qrupunun baş inspektoru X4 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 22 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsində dənizdə saxlanılan qayığın içərisindən iki ədəd, hər birinin uzunluğu 70 metr olan 300 manat məbləğində torları oğurlayaraq xırda talama əməlini törətmişdir. Qeyd olunan torlar maddi sübut kimi götürülərək hal-hazırda X10 İdarəsinin təminat hissəsində saxlanılır. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində, Xəzər dənizi sahilində gəzişərkən qəsəbə sakini X2 məxsus qayığın içərisində iki ədə polietilen kisələrə yığılmış balıqçı torlarının olduğunu görmüşdür. Maddi vəziyyəti ağır olduğundan və pula ehtiyacı olduğu üçün həmin torları götürüb satmaqla qazanc əldə etmək qərarına gəlmiş, qayıqdan torları götürüb yaşadığı evə gətirmiş və torlara baxdıqdan sonra həmin torların jılka adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin isə 40X40 mm olmaqla 10 ədəd olmasını görmüşdür. Həmin torları yaşadığı evdə gizlətdikdən sonra 26 avqust 2022-ci il tarixdə, təxminən 19:00 radələrində qəsəbə sakini X8 ilə görüşmüş, ona özündə olan torları satmaq istədiyini bildirmişdir. Sarvanla aralarındakı razılaşmaya əsasən 2 ədəd polietilen kisələrə yığılmış balıqçı torlarını ona 45 manata satmışdır. Sonradan eşitmişdir ki, Sarvan ona satdığı torları Mircavada göstərdikdən sonra o, torları tanımış və torların oğurlanması ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş Su NPİ-nin TQ-nın baş təhqiqatçısı, polis mayoru Vüsal Əliyev tərəfindən qəbul edilmiş 03 sentyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, yuxarıda qeyd olunan oğurluq hadisəsi ilə əlaqədar müvafiq araşdırma aparılmış, Şəxs əməlində CM-nın 177.1ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nın 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyatı üzrə göndərilməsi qərara alınmış və iş üçün zəruri əhəmiyyət kəsb edən “jılka” adlandırılan sintetik sapdan toxunmuş, hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm olan ümumilikdə 10 ədəd torların Su NPİ-nin təminat hissəsinin manqa komandiri, polis baş serjantı X1 nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzinin 27 sentyabr 2022-ci il tarixli 9/6882 saylı ekspert rəyindən aydın olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş ümumilikdə 10 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm olan balıq torunun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 300.00 (10 ədəd x 30 man) manat müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, oğurlanmış maddi sübutların hal-hazırda mövcud olmaqla Su NPİ-nin təminat hissəsində saxlanıldğını nəzərə alaraq ona ictimai işlər növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış X2 məxsus olan və hal-hazırda Su NPİ-nin təminat hissəsində saxlanılan ümumilikdə 10 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm olan balıq torları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydalarının” 2-ci bəndinin 2.5.21-ci hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən “mülki dövriyyədən çıxarılmış” əşyaların siyahısına daxil edilsə də sahibinə qaytarılmalıdır. Çünki həmin əşyalar inzibati xəta törətmiş şəxsin inzibati xətanın törədilməsi zamanı istifadə etdiyi alət və ya inzibati xətanın bilavasitə obyekti olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə; ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və hal-hazırda Su NPİ-nin təminat hissəsində saxlanılan 10 ədəd hər birinin uzunluğu 70 metr, eni 3 metr, gözlərinin ölçüsü 40x40 mm olan balıq torları sahibi X2 qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə aid edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar