Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1154/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 16 avqust 1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 31 may 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X5 bildirmişdir ki, Şəxs 31 may 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində xidmət aparan Əlahiddə çevik əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və onlara qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmiş ki, 31 may 2023-cü il tarixdə Füzuli rayonuna işə getmək üçün Lökbatan dairəsi adlanan yerə gəlmişdir. Orada avtobusdan düşəndə telefon ilə danışa danışa dairəyə yaxınlaşmışdır. Həmin vaxt orada polis əməkdaşları xidmət aparırdı. O, telefonla danışa danışa ordan keçdikdən sonra polis əməkdaşları ona kobud şəkildə geri qayıtmağını tələb etdilər. O da cavabında həmin ərazidə maşına minmədiyini, qarşıda olan obyektə getdiyini bildirmişdir. Sonra onlar maşından düşərək həmin ərazidə piyada hərəkətinin qadağan olduğunu bildirdilər. O da cavabında onlara “basıb, bağlamayın” demişdir. Sonra onlarla aralarında anlaşılmazlıq olduğu üçün onu 10-cu polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının 10-cu Polis Bölməsinin polis nəfəri X4 bildirdi ki, 31 may 2023-cü il tarixdə Lökbatan dairəsində xidmət apardıqları zaman bir nəfər adını bilmədikləri şəxs magistral yolda hərəkətə maneə olmamasını bildirdikdə vətəndaş yüksək səslə “mən burada dayanacağam” bildirdi. Həmin vətəndaşa yaxınlaşıb özlərini təqdim edib magistral yolda dayanmasının təhlükəli olmasını və dayanacağa yaxınlaşmasını bildirmişlər. Vətəndaş özünü zabit kimi qələmə verdi və onlara təhqiramiz ifadələr işlətməyə “siz yalandan basıb bağlayırsınız, bilərəkdən icazə vermirsiniz” deyərək xidmətlərinə maneə olmağa, vətəndaşların arasında polisə qarşı aqresiya yaratmağa və nifrət aşılamağa davam etdi. Qanuni tələblərə məhəl qoymayan həmin vətəndaşı 10-cu polis bölməsinə dəvət etmişlər. Bölmədə məlum oldu ki, həmin şəxs özünü zabit kimi təqdim edən Şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının 10-cu Polis Bölməsinin polis nəfəri X1 şahid X2 dediklərinə uyğun eyniməzmunlu izahat vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və iş materialları ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs törtmiş olduğu əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə düzgün töfsiv edilmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilməlidir. AR İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, ona cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1154/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1154/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver