Məhkəmə qərarları › İş №3(002)-1155/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1155/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1155/2023 13.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən X3, Qaradağ rayon X10 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X2 iştirakı ilə, X3 Qaradağ rayon X9 Şöbəsi tərəfindən tərtib olunmuş 09 may 2023-cü il tarixli TP ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 rayon X9 Şöbəsi tərəfindən tərtib olunmuş 09 may 2023-cü il tarixli TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon X9 Şöbəsi tərəfindən 02 may 2023-cü il tarixli protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 09 may 2023-cü il tarixli TP ******* saylı qərarı ilə İXMnin 346.1-ci maddəsi ilə o 20 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, o, 02 may 2023-cü il tarixdə ona məxsus olan “Qazel markalı, **-KK- *** saylı avtomobilini nasaz olduğuna görə Salyan şossesi, Binə ticarət mərkəzi tərəfdə çəpər divarının yanında yoldan altı metr kənarda saxlamışdır. Bu zaman YPX əməkdaşı ona yaxınlaşıb bildirdi ki, burada dayanmaq-durma qadağandır. Lakin dayanma-durma yol nişanı yola aiddir. O, ali savadlı insandır. Sovet əskərliyində yol hərəkat qaydalarını gözəl bildiyinə görə o, Rusiyanın Voloqodskıy vilayətində 120 əsgərə nəqliyyat bölüyündə rotada rəhbərlik etmişdir. Yol nişanları yola aiddi. Bu YPX əməkdaşı qanunsuz protokol və qərar qəbul edib. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon X10 Şöbəsinin Yol patrul xidməti inspektoru, polis serjantı X4 bildirmişdir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalı və qərar dəyişdirilmədən saxlanılmalıdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Belə ki, iş materiallarında olan videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, X6 “Qazel markalı, **-KK-*** saylı avtomobili “dayanma durma qadağandır” nişanının təsir sahəsində saxlamışdır. Bununla da X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Qaradağ rayon X9 Şöbəsi tərəfindən tərtib olunmuş 09 may 2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar