Məhkəmə qərarları › İş №3(002)-1155/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1155/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1155/2025 19.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 29 avqust 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də qaynaqçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nın sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən MN ******* saylı, 19 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə inspektoru, polis baş leytenantı X5 protoklu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nın 14 aprel 2025-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsasında tərtib etmişdir. Həmin qərara əsasən şübhəli şəxs qismində tutulmuş xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində toplanmış material üzrə CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi və barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada icraat başlanması üçün qəbul edimiş qərar icra edilməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşlarına həvalə edilməsi, qərar barədə qanunla müəyyən edilmiş qaydada şübhəli şəxsə və onun müdafiəçisinə məlumat verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiran prokurora göndərilməsi qərara alınmışdır. Bütün bunlara əsasən onun barəsində 19 may 2025-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 21a, mənzil 108 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır. "xxxx" MMC-də qaynaqçı işləyir. Özü narkotik vasitələrin aludəçisi deyil, lakin şəxsi həyatda yaşadığı bir sıra sarsıntılar səbəbilə təqribən bir ilə yaxındır ki,ara-sıra narkotik vasitə marixuanadan istifadə edir. Belə ki, qardaşı X4 16 oktyabr 2020-ci il tarixdə Vətən Müharibəsi zamanı şəhid olmuş və özü də bir sıra xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə təqribən bir ay bundan əvvəl narkotik qəbul etmişdir. O, öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 26 aprel 2025-ci il tarixli, 2389 nömrəli rəyindən aydın olur ki, Şəxs kannabioidlərin və psixostimulatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qardaşı X4 16 oktyabr 2020-ci il tarixdə Vətən Müharibəsi zamanı şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda” medalı və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 380 (üç yüz səksən) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmaqla narkomaniyadan məcburi müalicəyə cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar