Məhkəmə qərarları › İş №3(002)-1156/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1156/2023

01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1156/2023 01.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X5, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ tərəfindən Şəxs İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 28 yanvar 2023-cü il tarixdə, saat 07:54-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cırtdan Parkı”nın yanında hərəkətdə olarkən sürücülük hüququ olmadan idarə etdiyi “Khazar LX” minik markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci dərəcəli yolla gələrək nizamlanmayan yol ayrıcında 2.4 (yol verin) nişanının tələbini pozmuş və 28 May küçəsində (baş yolda) qəsəbənin mərkəzi istiqamətində hərəkətdə olan 1989-cu il təvəllüdlü vətəndaş X2 etibarnamə əsasında idarə etdiyi “Opel Zafira” markalı ** RY *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda gözlənilmədən onun hərəkət zolağına çıxaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı “Khazar LX” minik markalı avtomobilin sürücü Şəxs və “Opel Zafira” markalı avtomobildə olan sərnişin X6 dərəcəsi təyin edilməyən xəsarət almışdır. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 28 yanvar 2023-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH inspektoru, polis baş leytenantı X9 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, sürücülük vəsiqəsi olmadan “Khazar LX” markalı, ** PE *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Hər adamdan bir manat olmaqla ödəniş alıb “Sədərək” TM və Lökbatan qəsəbəsi arasında sərnişin daşıyır. 28 yanvar 2023-cü il tarixdə, saat təxminən 07:55 radələrində Lökbatan qəsəbəsi, “Cırtdan parkı”n yanındakı küçədən 28 May küçəsinə çıxarkən solunda ağ rəngli avtomobil dayanmışdı deyə 28 May küçəsi ilə gələn “Opel Zafira” markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və onun hərəkət zolağına çıxmışdır. Bu zaman həmin avtomobilin ön sərnişin yerində oğlunun qaynı Məhəmməd adlı qohumu, arxa sağ oturacaqda isə qonşuluqda yaşayan Aynurə adlı xanım var imiş. Zərbənin təsirindən onun döş qəfəsi və çanaq nahiyyəsi əzilmiş, Məhəmməd və Aynurənin də müxtəlif nahiyələri bir az əzilmişdi. Lakin ciddi bir xəsarəltəri olmamışdır. “Opel” markalı avtomobildə olan bir xanım sənişin də xəsarət almışdır. Hadisə yerinə gəlmiş ambulanslar onu və digər şəxsləri 1 saylı X14 aparmışlar. Müayinə olunub evə buraxılmışlar. O öz izahatında daha sonra törətdiyi əməlindən peşiman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin 03 fevral 2023-cü il tarixli, 79 saylı canlı şəxsin ekspertizası rəyindən aydın olur ki, vətəndaş Şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sol bud nahiyəsinin qançırı bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi müayinə üçün X13 müraciət etdiyi 28 yanvar 2023-cü il tarixdə idarə etdiyi avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilmiş “döş qəfəsinin küt travması, sağ topuğun əzilməsi” diaqnozu obyektiv, məhkəmə-tibbi və kliniki əlamətləri ilə təsdiq olunmadığı üçün həmin diaqnoz xəsarət kimi qiymətləndirilməmiş və dərəcə təyinində nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə_tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin 04 fevral 2023-cü il tarixli, 76 saylı canlı şəxsin ekspertizası rəyindən aydın olur ki, vətəndaş X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- alt çənənin sağ yan səthinin, sağ diz oynağının ön səthinin qançıları, alt dodağın selikli qişasına qansızma bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi 28 yanvar 2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş K.B.Məmmədovanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərşini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəində əmələ gələ bilərdilər. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən aydın olur ki, qeydiyyat nömrəsi ** PE *** olan, “Khazar LX” minik markalı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan 11 dekabr 2019-cu il tarixli daxili lizinq müqaviləsindən aydın olur ki, "xxxx" MMC “Khazar LX” markalı avtomobili lizinq müqaviləsi əsasında vətəndaş X1. Məhkəmə Şəxs barəsində tərtib edilmiş 28 yanvar 2023-ci il tarixli İXP ******* saylı protokolu və həmin protokolda qeyd olunan maddələri nəzərdən keçirib hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, yuxarıda qeyd olunan inzibati xəta hadisəsi 28 yanvar 2023-cü il tarixdə baş vermiş, Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən 28 fevral 2023-cü il tarixdə toplanmış material üzrə cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və inzibati material 01 iyun 2023-cü il tarixli məktubla məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar