Məhkəmə qərarları › İş №3(002)-1156/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1156/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1156/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 04 mart 2025-ci il tarixli, MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 04 mart 2025-ci il tarixli, MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş 04 mart 2025-ci İl tarixli, MN ******* nömrəli qərarına əsasən 3500 manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarla razı deyil. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş qərarda qeyd edilir ki, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən aqlay sexinin fəaliyyəti zamanı yaranan tullantılar qalaqlanmış, tullantıların kənar yerlərə atılması müəyyən edilmişdir. Qaradağ rayonu, Puta qəsəbəsi aqlay sexində fəaliyyət göstərir. Həmin qeyri-yaşayış sahəsindən heç bir kənar tullantılar qalaqlanmamışdır. Sexin ərazisindən olan aqlaylar olmuşdur ki, həmin tullantılardan da istifadə edilir və ətrafa da heç bir narahatlıq yaratmır. Tullantıların emalı zamanı heç bir norma və qaydalarını pozmamışdır. Lakin əsassız olaraq onun barəsində protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə 3500 manat cərimə hesablanmışdır. Həmin protokolun surəti ona təqdim edilməmiş, yalnız qərarın surətini ona təqdim etmişlər. Bununla da İnzibati Prosessual qaydalarını tələbkar olan idarə özü pozmuşdur. Həmin qərar 04 mart 2025-ci il tarixdə tərtib edilsə də bu barədə onun məlumatı olmamış, həmçinin protokol tərtib edilərkən onu dəvət etməmişlər. Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə inzibati məsuliyyət daşınması nəzərdə tutulur. Onun tərəfindən hər hansı bir sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulması müəyyən edilməmiş və əsassız olaraq barəsində protokol tərtib edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 04 mart 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin dəlillərinə uyğun olaraq eyniməzmunlu izahat verərək şikayətin təmin olunmasını və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, X5 məlumat göndərilmişdir və idarəyə dəvət olunmuşdur. Qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş 04 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən aqlay sexinin fəaliyyəti zamanı yaranan tullantıların qalaqlanması, tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi, tutumlardan kənar atılması müəyyən edilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3500 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, şikayət təmin olunmamalı və qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 04 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar