Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1161/2025 20.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mahmudov X5 rayon Məhkəməsinin 1(001)-532/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 20 may 2025-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin 1(001)-532/2023 saylı, 19 oktyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X3 və Şəxs vurulmuş maddi ziyana görə 1837,00 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23,64 manat olmaqla, ümumilikdə 1860,64 manat məbləğində pul vəsaitinin müştərək qaydada onlardan tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) X2 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 07 dekabr 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixlərdə borclunun axtarışı haqqında qərarlar qəbul edilmişdir. Bu gün, yəni 20 may 2025-ci il tarixdə 10-cu PŞ-nın əməkdaşları tərəfindən Qaradağ rayon İcra Şöbəsinə təhvil verilmişdir. Borclu tərəfindən vurulmuş maddi ziyana görə bu gün 800 manat ödəniş edilmişdir. O öz izahatında daha sonra tələbkarla mobil telefonla əlaqə saxlmağa çalışdığını, lakin tələbkarın telefon zənglərinə cavab vermədiyini bildirmişdir. Odur ki, tərtib edilmiş protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı olsa da icra şöbəsinə çağırılmasından və barəsində axtarış işi açılmasından məlumatlı olmamışdır. Bu gün məhkəmə iclası keçirilənədək dəymiş ziyandan 800 manat ödəniş etmişdir. Baxmayaraq ki icra vərəqəsi üzrə dəymiş ziyanın müştərək qaydada onunla birlikdə X3 da tutulması nəzərdə tutulsa da o qalan məbləği hər ay təxminən 100 manat olmaqla ödəyərək yekunlaşdıracaqdır. O öz izahatında daha sonra göstərmişdir ki, rəsmi və ya qeyri-rəsmi qaydada heç bir yerdə işləmir və hər hansı bir qazancı da yoxdur. Bu yaxınlarda avtomobil qəzası keçirmiş, bu səbəbdən də işləyə bilmir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu bu gün dəymiş ziyandan 800 manat ödəniş etmişdir. Həmçinin məhkəmə iclasının gedişində müəyyən edilmişdir ki, borclu hal-hazırda rəsmi olaraq hansı gəlirə və ya qazanca da malik olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun qanuni tələbinə əməl etməməsinə dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1161/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1161/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver