Məhkəmə qərarları › İş №3(002)-1165/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1165/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1165/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, korpus 36, mənzil 3-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3, borclu Şəxs barəsində 05 oktyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 3(022)-853/2021 saylı, 24 iyun 2021-ci il tarixli icra sənədini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-3258/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən Alıyeva (Bağırova) Ülkər İldırım qızından 1755 manat borcun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bu günə kimi borclu heç bir ödəniş etməmişdir. Buna görə də borclu Qaradağ rayon Məhkəməsinin 3(002)-853/2021 saylı, 24 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş və hazırki tarixədək cəriməni məlumatlı olduğu halda ödəməmişdir. Bu halı nəzərə alaraq borclu barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcudan xəbəri vardır. İndiyədək heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti ağır olduğuna görə cəriməni ödəmək iqtidarında olmamışdır. Yenicə işləməyə başlamışdır və himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladı vardır. Şərait yaradılacağı təqdirdə 500 manat məbləğində cəriməni hissə-hissə ödəyəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və böyük icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı, inzibati xəta haqqında tərtib edilmiş 05 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokolla və işin digər halları ilə tam təsdiq olunur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs barəsində bundan əvvəl də eyni iş üzrə İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmiş və Qaradağ rayon Məhkəməsinin 3(002)-591/2022 saylı, 18 may 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Həmin işə baxılarkən borclu Şəxs rəsmi heç bir yerdə işləmədiyini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladının olduğunu və borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Lakin həmin qərarın qəbul edilməsindən keçən dörd ay on yeddi gün müddət ərzində borlcunun ona təyin edilmiş 500 manat məbləğində cərimədən heç bir ödəniş etməməsini və hazırki məhkəmə iclasında da buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu inzibati tənbeh haqqında qərarın icrasından qərəzli olaraq yayınır. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsinə 160 (yüz altmış) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə; ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar