Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1166/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla Baı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 05 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Füzuli rayon Məhkəməsinin 2(064)-138/2021 saylı 10 mart 2021-ci il tarixdə verilmiş icra sənədinə əsasən 5000 ABŞ dolları milli manat ekvivalentində pul və 30 manat dövlət rüsumunun borclu Şəxs alınaraq iddiaçı X3 ödənilməsi qət edilmiş, lakin bu icra vərəqi borclu tərəfindən üzrlü səbəb olmadan icra edilmədiyinə görə Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8 o öz izahatında bildirmişdir ki, Füzuli rayon Məhkəməsinin 2(064)-138/2021 saylı 10 mart 2021-ci il tarixldə verilmiş icra sənədinə əsasən cavabdeh Şəxs 5000 ABŞ dolları milli manat ekvivalentində pul və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X3 ödənilməsi qət edilmiş, 23 aprel 2021-ci il tarixli, 963 nömrəli məktubla həmin icra sənədi aidiyyatı üzrə icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqi icraata daxil olduqdan sonra, yəni 15 mart 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər birlikdə borcluya göndərilmişdir. Füzuli rayon Məhkəməsinin 2(064)-138/2021 saylı 08 fevral qətnaməsindən borclu Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(106)-2008/2021 saylı qətnaməsinə əsasən şikayət təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Füzuli rayon Məhkəməsinin 2(064)-138/2021 saylı, 10 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol 16 may 2022-ci il tarixdə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmiş, Qaradağ rayon Məhkəməsinin 3(002)-579/2022 saylı, 16 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, yəni 03 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol baxılması üçün yenidən Qaradağ rayon Məhkəməsinə göndərilmiş, Qaradağ rayon Məhkəməsinin 3(002)-863/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İcra məmuru daha sonra göstərmişdir ki, borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildirişlər göndərilmiş, icra sənədinin icrası ilə bağlı müxtəlif tarixlərdə borcludan izahatlar alınmış, lakin borclu icra vərəqəsinin icrasını bu günədək təmin etməmişdir. Ona görə də göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında icra məmurunun dediklərini təsdiq edərək bildirmişdir ki, borclu Şəxs qəsdən icra vərəqinin icrasından yayınaraq vaxtı uzatmaq məqsədilə Füzuli rayon Məhkəməsinin 2(064)-138/2021 saylı 08 fevral 2021-ci il tarixli qətnaməsindən əvvəlcə Apellyasiya şikayəti vermiş, qətnamə təmin olunmadıqdan sonra Şirvan Apellasiya Məhkəməsinə məktub ünvanlayaraq guya Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-2008/2021 saylı qətnaməsini almadığını bildirmişdir. Əslində isə o qətnaməni vaxtında almış, sadəcə yenə də əsassız olaraq vaxtı uzatmaq məqsədilə kassasiya qaydasında şikayət vermək bəhanəsi ilə qərarın icrasından qərəzli yayınmaqda davam edir. Bütün bunların nəzərə alınaraq sonuncunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul etmir. O, X4 tərəfindən aldadılaraq borc sənədinə qol çəkmişdir. Bundan başqa İİ Qarabağ müharibəsində könüllü olaraq vuruşmuşdur və himayəsində dörd azyaşlı uşağı vardır. Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-2008/2021 saylı qətnaməsini 28 iyul 2022-ci il tarixdə almış və vaxtında kassasiya şikayəti ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Lakin maddi imkanı olmadığına görə kassasiya şikayətini tərtib etmək, imzalamaq və kassasiya instansiyasında hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil ilə təmin olunması üçün Şirvan Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etmiş və Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin olunaraq kassasiya şikayətini tərtib etmək, imzalamaq və kassasiya instansiyasında hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil təyin olunması və qərardadın icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilməsi qərara alınmışdır. Yəni Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan, yəni yuxarıda qeyd olunan qətnamədən kassasiya qaydasında şikayət verilib-verilməməsi məsələsi aydınlaşdırılmadığından geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(106)-2008/21 saylı qərardadından aydın olur ki, cavabdeh Şəxs məcburi köçkün olması, İİ Qarabağ müharibəsində iştirak etməsi və maddi vəziyyətinin ağır olması səbəbindən ərizəsi təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(106)-2008/2021 saylı qətnaməsindən kassasiya şikayətini tərtib etmək, imzalamaq və kassasiya instansiyasında hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil təyin olunması və qərardadın icra edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilməsi qərara alınmışdır. Göründüyü kimi borclu Şəxs tərəfindən kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına dair heç bir qeyd göstərilməmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Şəhid ailələri,əlillər və müharibə veteranlarının müdafisəi ictimai birliyi”nin Füzuli rayon şöbəsi tərəfindən verilmiş 729 nömrəli, 18 may 2021-ci il tarixli vəsiqədən aydın olur ki, borclu Şəxs həqiqətən də İİ Qarabağ müharibəsində könüllü olaraq vuruşmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.7-ci maddəsinin tələbindən aydın olur ki, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını müəyyən etmək və barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh tədbirinin tədbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1166/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1166/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver