Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1169/2022 06.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, FİN xxxxxxx, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Qaradağ rayonu, Qobu Park yaşayış massivində X12 Alayının patrul bölüyünün polis nəfərlərinin qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə dayısı oğluna məxsus Chevrolet Cruze markalı avtomobilini sürüb Qobu Park yaşayış massivində 5-ci binanın yaxınlığında saxlamışdır. Bir neçə dəqiqədən sonra uşaqlıq dostu Elşən adlı şəxs gəlib onun yanında oturmuşdur. Onlar maşında musiqiyə qulaq asdıqları zaman ÇPA əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onlardan avtomobilin içində nə etdiklərini soruşaraq şəxsiyyət vəsiqələrini istəmişlər. Onlar heç bir sənədlərinin olmadığını bildirərək onlarla kobud danışmışlar. Buna görə onları polis bölməsinə dəvət etsələr də getmək istəmədiklərini bildirib polisin qanuni tələblərinə məhəl qoymamışlar. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının patrul bölüyünün polis nəfəri, polis serjantı X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində 9691 çağırışlı avtopatrulla Qobu Park yaşayış kompleksində xidmət apardıqları zaman Qobu 1-də 3-cü binanın arxasında qaranlıq yerdə dövlət qeydiyyat nişanı **-PS-*** olan Chevrolet Cruze markalı avtomaşının daxilində olan 2 nəfər şəxs onları görərək özlərini şübhəli aparmağa başlamışlar. Sonra onlara yaxınlaşaraq özlərini təqdim etmiş və sənədlərini tələb etmişlər. Lakin onlar polisin qanuni tələbinə tabe olmamış və sənədləri təqdim etməmişlər. Chevrolet Cruze markalı avtomaşında olan sərnişindən sakitləşməyi tələb etsələr də, o müqavimət göstərdiyi üçün ona xüsusi vasitə olan qandaldan istifadə etməklə, avtomaşının sürücüsünü isə onlara qarşı müqavimət göstərən şəxsi tabe olmağa dəvət edən zaman maneə törətdiyi üçün ərazidə xidmət apardıqları 9691 çağırışlı avtopatrulla 10-cu polis bölməsinə gətirmişlər. Növbətçi hissədə həmi şəxslərin X6 və Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının patrul bölüyünün polis nəfəri, polis serjantı X3 və X12 Alayının patrul bölüyünün polis nəfəri, polis serjantı X2 özündən əvvəl izahat vermiş şahid X4 izahatına uyğun eyni məzmunlu izahat vermişlər. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis-kapitanı Nicat İslamlıya ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində 9691 çağırışlı avtopatrulla Qobu Park yaşayış kompleksində xidmət apardıqları zaman Qobu 1-də 3-cü binanın arxasında qaranlıq yerdə dövlət qeydiyyat nişanı **-PS-*** olan Chevrolet Cruze markalı avtomaşının daxilində olan 2 nəfər şəxs onları görərək özlərini şübhəli aparmağa başlamışlar. Sonra onlara yaxınlaşaraq özlərini təqdim etmiş və sənədlərini tələb etmişlər. Lakin onlar polisin qanuni tələbinə tabe olmamış və sənədləri təqdim etməmişlər. Sürücüdən avtomaşının yük yerini onlara təqdim etməsini tələb etsələr də, onlar öz qanunsuz hərəkətlərini davam etdirmiş, sükan arxasında oturan şəxsin özünə xəsarət yetirmək istədiyini görmüşlər. Onlar həmin şəxsin sakitləşməyini tələb etsələr də, o müqavimət göstərdiyi üçün ona xüsusi vasitə olan qandaldan istifadə edib ərazidə xidmət apardıqları 9691 çağırışlı avtopatrulla 10-cu polis bölməsinə gətirmişlər. Növbətçi hissədə həmi şəxslərin X6 və Şəxs olduğu məlum olmuşdur. Raportun ətraflı araşdırılmasına göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X10 haqqında“ protokoldan görünür ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuş, 06 oktyabr 2022-ci il tarixdə saat 09:40-da azad edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 05 oktyabr 2022-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxslərin, həmçinin şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində Qaradağ rayonu, Qobu Park yaşayış massivində X12 Alayının patrul bölüyünün polis nəfərlərinin qanuni tələbərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, Həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1169/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1169/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver