Məhkəmə qərarları › İş №3(002)-1171/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1171/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1171/2022 06.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X2, Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 04 avqust 1993-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 13:20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzində polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyinə görə onun barəsində 06 oktyabr 2022-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Bundan başqa öz izahatında həmin şəxsin bu hərəkətlərinin mobil telefon vasitəsilə çəkildiyini və iş materiallarına əlavə etdiyini bildirirmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili X3 öz izahatında bildirmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə saat 13:20 radələrində, “Binə” Ticarət Mərkəzində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X4 ilə xidmətdə olan zaman iki nəfər şəxsin bazar ərazisində mübahisə edərək ictimai qaydanı pozduqlarını görmüş, onlara yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri nizamintizama dəvət etmişlər, lakin mübahisə edənlərdən Şəxs adlı şəxs onların qanuni tələblərinə tabe olmayaraq onlara müqavimət göstərmiş və xeyli insanların toplaşdığı bir yerdə polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan həmin şəxsin sərxoş olduğu da müəyyən edilmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq həmin şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında bildirmişdir ki, o Cəlilabad rayonu, Sərhədabad kəndində ailəsi ilə birlikdə yaşayır. 05 oktyabr 2022-ci il tarixdə Binə Ticarət Mərkəzində olan zaman tanımadığı şəxslə mübahisə edən zaman polis əməkdaşları ona yaxınlaşaraq onu nizamintizama dəvət etmişlər, lakin o, həmin vaxt spirtli içkinin təsirində olduğu üçün özündə olmamış və polisin qanuni tələblərinə tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. O, öz izahatında daha sonra qeyd etmişdir ki, etdiyi əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, polis əməkdaşlarının izahatı, iş materialları və videogörüntü ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair 2/23976 saylı, 05 oktyabr 2022-ci il tarixli protokoldan aydın olur ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 15:05-də tibi müayinədən keçirilərkən onda orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutmaq haqqında 05 oktyabr 2022-ci il tarixli protokolun surətindən aydın olur ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən saat 16:00-dan hesablansın.

3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar