Məhkəmə qərarları › İş №3(002)-1172/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1172/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1172/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və X2 iştirakları ilə, Şəxs və X2 barələrində İXM-nin 198.3-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs və X4 barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 05 oktyabr 2022-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Qaradağ rayon Polis İdarəsindən rayon prokurorluğuna daxil olmuş materialda 28 aprel 2022-ci il tarixdə Qaradağ rayonu Ələt qəsəbəsində “X17”-nın ərazisində yağış sularının dənizə axıdılması üçün nəzərdə tutulmuş “mikro tunel xətti”nin tikintisi zamanı baş vermiş partlayışda "xxxx" MMC-də fəhlə işləyən 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 ilə 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 xəsarət almaları qeyd edilmişdir. Qeyd edilən məlumat əsasında araşdırmanın aparılması rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Arif Əhmədova həvalə edildiyindən tərəfindən müvafiq araşdırma aparılaraq izahatlar alınmış, sorğular verilmiş, təyin edilmiş məhkəmə-tibbi, məhkəmə-təhlükəsizlik texnikası ekspertizalarının rəyləri araşdırma materialına əlavə edilmiş və digər zəruri prosessual hərəkətlər icra edilmişdir. Qaradağ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Arif Əhmədov tərəfindən qəbul edilmiş 22 sentyabr 2022-ci il tarixli qərarla 44C-22 nömrəli material üzrə Şəxs və X2 barələrində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nm 162.1 -ci maddəsi ilə cinayət ışı başlanması rədd edilmiş və toplanmış materialların Şəxs və X2 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibatı xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması uçun Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC- nin direktoru Şəxs həmin MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs3 biliklərinin yoxlanılıb protokollaşdırılmasmı və bu barədə işləməsinə icazə verən vəsiqənin verilməsini təmin edilmədən tikinti işlərinin görülməsinə cəlb edildiyinə görə, «İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili, Ümumi tələblər, 12.0.004-90 DÜST»-nin (Dövlət standartı) 4.4 bəndinin tələblərini, bundan başqa "xxxx" MMC-də iş icraçısı işləyən X1 rayonu, Ələt qəsəbəsi, “X18’nm ərazisində yağış sularının dənizə axıdılması üçün nəzərdə tutulmuş “mikro tunef’in inşası işinin təhlükəsiz aparılması üçün zərərli qazlar yığılmış tunelin daxilinin müvafiq havalandırılması və ventilyasiya olunması təmin etmədiyi üçün, vəzifə təlimatının “Əmək funksiyası” başlığının 8-ci abzasının və «Tikinti norma və qaydaları111-4-80.4-cü fəsil, Tikintidə təhlükəsizlik texnikası qaydalammm 2.33 bəndinin tələblərinə əməl etməyərək öz əməllərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduqları və görə biləcəkləri halda onları görməyərək nəzarət etməmişlər, nəticədə 28 aprel 2022-ci il tarixdə saat 16 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi “X19”-nın ərazisində "xxxx" MMC tərəfindən yağış sularının dənizə axıdılması üçün nəzərdə tutulmuş «mikro tunel»in tikintisi zamanı Zərərçəkmiş şəxs3 qeyd olunan tuneldə ölçü işləri aparan zaman tuneldəki işığın keçməsi nəticəsində cibində olan alışqanın arxasında olan kiçik fanar işığını yandırıb həmin tuneldən çıxmaq istəyərkən, səhvən alışqanın yanar hissəsini yandırmış və həmin zaman torpaq layları arasında yığılmış Səmt qazlarının “mikro tunel”-ə sızdığından baş vermiş partlayış nəticəsində Zərərçəkmiş şəxs3 sifət, hər iki qulaq seyvanı, boyun nahiyyəsinin 1/3-i, sağ dirsək oynağının arxa səthi, sağ mil-bilək oynağı, sağ əl və əl barmaqları, sol yuxarı ətrafının bədən səthinin 26 faizi İİ-İİİ dərəcəli termiki yanıq xəsarətlərindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, həmçinin Zərərçəkmiş şəxs1 sol said sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli, yerinidəyişən sınıqlarından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər alması ilə səbəbli əlaqə təşkil edən əməyin mühafizəsi qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan sağlamlığına yüngül və az ağır zərər vurmuşlar. Bununla da Şəxs və X4 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Göstərilənlərə əsasən Şəxs və X4 barələrində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öz izahatlarında müalicə xərclərinin müəssisə tərəfindən ödənildiyini və hal-hazırda Şəxs və X3 qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında hal-hazırda da "xxxx" MMC-də direktor vəzifəsində işlədiyini və həmin şirkəti 2010-cu ilin iyul ayında Fariz Cəmili ilə birlikdə təsis etdiyini bildirmişdir. O, hadisə baş verəndən bu günədək zərərçəkənlərin hər biri ilə ayrı-ayrılıqda maraqlandığını, onların müalicə xərclərini ödədiyini bildirmişdir. Bundan əlavə qeyd olunan hadisənin zərərçəkən Zərərçəkmiş şəxs3 ehtiyatsızlığı ucbatından baş veridyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan şəxs X4 öz izahatında bildirmişdir ki, o "xxxx" MMC subpodrat müqaviləsi əsasında Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “X20”nın ərazisindən yağış və qurunt sularının dənizə axıdılmasını təmin etmək üçün keçid “mikro-tunel”in inşasında iş icraçısı kimi fəaliyyət göstərmişdir. Zərərçəkən şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və göstərilən inzibati işlə əlaqədar artıq Qaradağ rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ Rayon Prokurorluğuna məlumat verilsə də, həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 19 oktyabr 2022-ci il tarixli iclasında iştirak edən Qaradağ rayon Prokurorunun köməkçisi X6 protokolu müdafiə edərək Şəxs və X2 barəsində İXM-nin 198.3-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs və X2 əməli iş materialları ilə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs və X4 İXM-nin 198.3-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 xx.xx.2022-ci il tarixli, 336 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət – sol said sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli, yerinidəyişən sınıqları (cərrahi yolla bərpası) bərk küt əşya təsirindən, qərarın təsviri hissəsində göstərildiyi və onun X16 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 xx.xx.2022-ci il tarixli, 341 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət –sifət, hər iki qulaq seyvanı, boyun nahiyəsinin yuxarı 1/3-i, sağ dirsək oynağının arxa səthi, sağ milbilək oynağı, sağ əl və əl barmaqları, sol yuxarı ətrafının bədən səthinin 26%-i İİ-İİİ dərəcəli termiki yanıqları. Qeyd olunan xəsarətlər yüksək hərarətin təsirindən onun tibbi yardım üçün X9 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2022-ci il tarixli, 10/5622 saylı ekspert rəyində göstərilmişdir ki, Qaradağ rayonu Ələt qəsəbəsi, “X17”nın ərazisində yağış sularının dənizə axıdılması üçün nəzərdə tutulmuş “mikro tunel”in inişası işinin təhlükəsiz aparılması üçün zərərli qazlar yığılmış tunelin daxilinin müvafiq havalandırılması və ventilyasiya olunmasının təmin edilməməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.33 bəndinin və "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən təsdiqlənmiş “İş icraçısı”nın vəzifə təlimatının “Əmək funksiyası” başlığının 8-ci abzasının tələbləri pozulmuşdur ki, bu pozmalar baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəyə malik olmuşdur. "xxxx" MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs3 bilikləri yoxlanılıb protokollaşdırılmadan və bu barədə işləməsinə icazə verən vəsiqə ilə təmin edilmədən tikinti işlərinin görülməsinə cəlb edildiyinə görə “İşçilərin əməyin mühafizəsi üzrə təlimimn təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST”-nin (Dövlət standartı) 4.4 bəndinin tələbləri "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən pozulmuşdur. Qaradağ rayonu Ələt qəsəbəsi, “X17”nın ərazisində yağış sularının dənizə axıdılması üçün nəzərdə tutulmuş “mikro tunel”in inişası işinin təhlükəsiz aparılması üçün zərərli qazlar yığılmış tunelin daxilinin müvafiq havalandırılması və ventilyasiya olunması təmin edilmədiyinə görə, vəzifə təlimatının “Əmək funksiyası” başlığının 8-ci abzasının və «Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.33 bəndinin tələbləri "xxxx" MMC-də iş icraçısı işləyən X7 tərəfindən pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən X4 barəsində İXM-nin 198.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmiş və Qaradağ rayon Məhkəməsinin 3(002)-1083/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Şəxs barəsində isə cərimə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması ərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və inzibati xəta törətmiş X11 əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs sanksiya daxilində aşağı həddə cərimə edilməsi daha məqsəd müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. X4 barəsində İXM-nin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar