Məhkəmə qərarları › İş №3(002)-1173/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1173/2020

28.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1173/2020 28.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Qaradağ Rayon Məhkəməsinin hakimi Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən məhkəməyə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin DYPŞ-nin 065-265589 saylı xx xxxx 2020-ci il tarixli məktubdan aydın olur ki, həmin tarixdə Şəxs MMC-nin ünvanına məktub göndrəilərək balansında olan “Hyundai Sonata” minik markalı ** PE *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi qayda pozuntusu barədə sorğuya vaxtında cavab verilmədiyi üçün helə həmin günü, yəni xx xxxx 2020-ci il tarixədək həmin şirkətin səlahiyyətli nümayəndəsinin Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi xahiş olunmuşdur. Göründüyü kimi, qeyd olunan məktub xx xxxx 2020-ci il tarixdə tərtib ediləməklə nümayəndənin həmin günü yəni xx xxxx 2020-ci il tarixdə Səbail RPİ-nin DYPŞ-nə gəlməsi xahiş edilməklə məktub formal xarakter daşımışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli reyestrin isə hansı məzmunlu mətuba aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər natamam olduğundan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar