Məhkəmə qərarları › İş №3(002)-1175/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1175/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1175/2021 30.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi Mustafa Varbil Mehmet oğlunun iştirakları ilə, ünvan 1 ünvanında qeydiyyatda olan “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 31 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı 1750000,00 ABŞ dolları məbləğində vəsaiti 07 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 1750000,00 ABŞ dolları məbləğində alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 08 avqust 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi Mustafa Varbil Mehmet oğlu öz izahatında bildirmişdir ki, 07 avqust 2019-cu il tarixdə həqiqətən də “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən "xxxx" ASC vasitəsilə xaricə pul köçürülmüş və 28 avqust 2019-cu il tarixdə həmin məbləğdə pul "xxxx" ASC vasitəsilə geri qaytarılmışdır. Lakin buna baxmayaraq Mərkəzi Bank tərəfindən təmsil etdiyi şirkət barəsində qanunsuz və əsssız olaraq protokol tərtib edilmişdir. Barələrində protokol tərtib edilərkən onların iştirakı təmin edilməmiş və bu barədə onlara hər hansı bir məlumat verilməmişdir. Ona görə də barələrində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Mərkəzi Bankına rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, nümayəndənin izahatını vətəqdim etdiyi bank hesab sənədini nəzərdən keçirərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Nizami filialının xidmət bölməsi tərəfindən təsdiq edilmiş bank hesab sənədindən görsənir ki, 28 avqust 2019-cu il tarixdə 1749947,50 ABŞ dolları məbləğində pul vəsiti “X4 A.S” vasitəsilə geri qaytarılmışdır. Göründüyü kimi “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialı barəsində olan inzibati iş tam və hərtərəfli araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati material natamam olduğundan yenidən araşdırma aparılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankına geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılsın. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar