Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1176/2020 06.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-0643/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Rusiya Federasiyasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 27AC763/27ZA198 qeydiyyat nişanlı avtomaşınla daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3052 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannəməsi ilə bəyan edilən mallara buraxılış verildikdən sonra mallara gömrük baxışı keçirilməsi üçün Qərb ərazi Baş Gömrük İdarəsinin “Qəbələ” gömrük postuna yönləndirilmiş, adı qeyd olunan gömrük postunda mallara baxış keçirilərkən, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən ümumi çəkisi 500 kq olan müxtəlif adda mallar olduğu müəyyən edilmişdir. Gömrük orqanına bəyan edilməyən mallar yenidən 99XO459 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yüklənərək ətraflı baxış keçirilməsi üçün gömrük təminatı altında Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postuna göndərilmişdir. xx.xx.2020-ci il tarixdə “İpək Yolu” gömrük postunda 99XO459 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı Şəxs MMC tərəfindən **********3052 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilməyən 1 yerdən ibarət kitablar - 1 ədəd Ziya Samedzade “Naqorniy Karabax: Neizbestnaya pravda”, 1 ədəd Səid Nəfisi “Babək”, 1 ədəd Bydmyptii “Kto est kto”, 1 ədəd “Rukopaşnıy boy”, 1 ədəd B.H.Aleksandrov, B.F.Kladovşikov ‘‘Priusadebnoe xozyaystvo kpoliki nutri‘‘, 1ədəd İqor Skorin “Sışiki”, 1 ədəd Andrey Konstantinov “Advokat”, 1 ədəd Aqropromizdat “Çto doljen znat vladeleç korovı”, 1 ədəd Artemev, Eliceev “Priusadebnoe xozyastvo pticiy dvor”, 1 ədəd Astok – usloviya razmeşeniya reklamı, 1 ədəd Tarasov – Avtoreferat- Pedoqoqiçeskaya kultura, 1 ədəd Cajin, Yuryev Zdorovye v bolezni zakluçennıx, 1 ədəd Aqropromizdat “Koza na dvore”, 1 ədəd Makov Avtoreferat, 1 ədəd musiqi aləti qarmon, 2 ədəd taxtadan məcməi, 2 ədəd dəmirdən setka tava, 1 ədəd əl qurutmaq üçün hava dispenseri, 1 ədəd maye sabun aparatı, 4 ədəd rəsm tablosu, 2 ədəd səsgücləndirici dinamik, 1 ədəd səsötürücü, 1 ədəd Zelmer markalı tozsoran, 1 ədəd Sony markalı televizor, 1 ədəd üzərində “Mega Tablet” sözləri yazılmış monitor, 1 ədəd DVD aparatı, 9 ədəd müxtəlif qurluşlu suvenir, 1 ədəd qurudulmuş dağ keçisinin başı, 1 ədəd qədimi nəfəs aləti, 8 ədəd qədimi samovar, 2 ədəd üzərində BK-1800 yazısı olan kondisioner, Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 2 ədəd üzərində “60 Let pobedi” yazısı olan 0.5 l ölçülü spirtli içki, 1 ədəd üzərində “Sangrita” yazısı olan 1L ölçülü içki, 9 ədəd üzərində X5 Dry Gin yazısı olan 0.75 l ölçülü spirtli içki, 1 ədəd boya rəngləmək üçün cihaz, 1 ədəd üzərində Babyton yazısı olan uşaq arabas, 2 ədəd ov üçün geyim dəsti, 20 ədəd səyahət üçün boyunluq(yastıq), 2 ədəd özüdolan şar, 3 ədəd “Hoca.” Markalı elektron termometr, 5 ədəd üzərində Racio R210 yazısı olan rabitə avadalığı və 24 ədəd vitrin üçün işıqlar aşkar olunmuşdur. İş üzrə malların əmtəəşünaslıq və bioloji ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan malların xx.xx.2020-ci il tarixə orta bazar qiyməti və malların yararlığı barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/006167 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 6/1630-9/2978 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində əşyaların ümumilikdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 1979,50 manat müəyyən edildiyi və ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd üzərində “60 Let pobedi” yazısı olan 0.5 l ölçülü spirtli içki, 1 ədəd üzərində “Sangrita” yazısı olan 1L ölçülü içki, 9 ədəd üzərində X5 Dry Gin yazısı olan 0.75 l ölçülü alkoqollu içkilər istifadəyə yararsız olduğu, bu səbəbdən qiymətləndirmə aparılmadığı qeyd edilmişdir. Əşyaların və alkoqollu içkilərin ayrı-ayrılıqda adları və qiymətləri 2 N-li cədvəldə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsindəAzərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin az miqdarda bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 479-cu maddəsinin qeydinə əsasən gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Araşdırma nəticəsində, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC orta bazar qiyməti təxminən 1979,50 (bir min doqquz yüz yetmiş doqquz manat əlli qəpik) manat olan əşyaları gömrük orqanına bəyan etmədiyi müəyyən edilmişdir. Faktla bağlı Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbyacan Respublikasının vətəndaşı X2 xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsində sorğu-sual edilmişdir. O, sorğu-sual zamanı malı göndərən şəxsin avtomaşına malların yüklənməsi zamanı orada olmadığından gömrük orqanına bəyan edilməyən mallar zavodda fəhlələr tərəfindən səhv olaraq avtomaşına yüklənmiş, lakin mal-müşayiət sənədlərinə qeyd edilmədiyi, qəsdən olmasada gömrük qaydalarının pozulmasını etiraf etdiyini və gələcəkdə malları rəsmiləşdirmək niyyətlərinin olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X2 öz izahatında bildirmişdir ki, X3-Peterburq şəhərində yerləşən Far For zavoduna aid olan istifadə olunmuş avadanlıqlar göndərilmiş və bu barədə də məlumatları olmamışdır. Daha sonra isə məlum olmuşdur ki, həmin avadanlıqlar gömrük bəyannaməsində bəyan edilmədiyindən şirkət barəsində İXM-nin 482.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şirkət tərəfindən törədilmiş inzibati xəta ilk dəfə olduğundan və göndərilmiş avadanlıqlar barədə məlumatsız olduqlarını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 1979.50 (bir min doqquz yüz yetmiş doqquz manat əlli qəpik) manatın 40 % (qırx faizi) həddində, yəni 791.80 (yeddi yüz doxsan bir manat səksən qəpik) manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Şəxs MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlıqı Agentliyi, KOD 210005, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1176/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1176/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver