Məhkəmə qərarları › İş №3(002)-1178/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1178/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1178/2024 26.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis baş leytenantı X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən MN ******* saylı, 26 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis baş leytenantı X16 protoklu müdafiə edərək bildirmişdir ki, X7 mərhum bacısının əri Şəxs tərəfindən narahat olunması barədə müraciəti əsasında Şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilərək müayinəyə göndərilmiş və sonuncunun sidiyində THC(+), MOMA (+), AMP(+) vǝ MET (+) müsbət aşkar olunmuşdur. Material üzrə izahatı alınmış Şəxs izahatında narkotik vasitə olan marixuana qəbul etdiyini etiraf etmişdir. Azərbaycan Raspublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsi tərəfindən verilmiş, 24 aprel 2024-ci il tarixli, 1143 nömrəli aktdan görünür ki, Şəxs THC(+), MOMA (+), AMP(+) və MET (+) müsbət aşkar olunub. Bütün bunlara əsasən onun barəsində 26 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında tək yaşayır. Belə ki, keçmiş arvadı X6 19 mart 2024-cü il tarixdə vəfat etmişdir. Arvadı vəfat etdikdən sonra birgə nikahlarından olan övladları X3 və X5 müvəqqəti olaraq baldızı X14 baxır. Keçmiş həyat yoldaşı vəfat etdikdən sonra depressiyaya düşmüş, buna görə də sakitləşdirici dərmanlar istifadə etməyə başlamışdır. Özü narkotik vasitələrin aludəçisi deyil, lakin cəmi bir dəfə, təxminən beş-altı gün qabaq narkotik vasitə olan marixuana qəbul etmişdir. O, öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş 25 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surətinin vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-na təqdim edilməsi, qərarın surətinin məlumat üçün təhqiqata prossesual rəhbərliyi həyata keçirən prokurora və vətəndaş X9 göndərilməklə qərardan narazı olduğu halda şikayət etmək hüququnun izah olunması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 Ambulator X1 25 aprel 2024-cü il tarixli, 2666 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs 24 aprel 2024-cü il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 oktyabr 2015-ci ildə doğulmuş X2 və 26 oktyabr 2017-ci idlə doğulmuş X4 ataları Şəxsdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1. maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzbati həbsdən dərhal azad edilsin. Şəxs narkomaniyadan məcburi mualicəyə cəlb edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar