Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1180/2020 06.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2 və 505-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2 və 505-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 00100-1553/20 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, ünvan 1 mənzil 30 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 61ABK587/61ABK586 nömrə nişanlı avtomaşınla daxil olmuş yükə gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı **********3841 sorğu nömrəli gömrük bəyannaməsi ilə Türkiyə mənşəli 500 kv.m qalınlığı 5 mm-dən çox olan, lakin 9 mm-dən çox olmayan orta sıxlıqlı ağaclifli pilitələr (MDF) yükü bəyan edildiyi halda 500 kv.m üzərində “Elesgo Made in Germany” sözləri yazılmış qalınlığı 5 mm-dən çox olan, lakin 9 mm-dən çox olmayan orta sıxlıqlı ağaclifli pilitələr (MDF) yükü və düzgün bəyan edilməyən Almaniya mənşəli 67 kv.m qalınlığı 5 mm-dən çox olan, lakin 9 mm-dən çox olmayan orta sıxlıqlı ağaclifli pilitələr (MDF) yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 567 kv.m qalınlığı 5 mm-dən çox olan, lakin 9 mm-dən çox olmayan orta sıxlıqlı ağaclifli pilitələr (MDF) yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/0xx-xx/005773 saylı, xx.xx.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2757 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyində inzibati xətanın bilavasitə obyekti olan Almaniya istehsalı üzrəində “Elesgo Superglanz” markalanma göstəricisi olan, döşəmə üçün laminatın 1 kv.m-nin xx xxxx 2020-ci il tarixə orta bazar qiyməti təxminən 47 manat, 567 kv.m-nin qiymətinin isə 26649 manat təşkil etdiyi qeyd olunmuşdur. Belə ki, **********3841 sorğu nömrəli Gömrük bəyannaməsinin 4-cü mal mövqeyində bəyan edilmiş 500 kv.m döşəmə üçün laminat (MDF) yükünün mənşə ölkəsi kimi Türkiyə göstərilsə də yükün üzərində Almaniya kimi qeyd edilmiş və 1 kv.metrinin dəyərinin ekspert rəyinə əsasən 47 manat olduğu təqdirdə əlavə ödənişin yaranıb yaranmaması ilə bağlı tərəfimizdən 34/013/025601 nömrəli raportla müraciət edilmiş və həmin raporta cavab olaraq həmin 500 kv.m döşəmə üçün laminat yükünə görə 262.5 manat idxal rüsumu, 362.3 manat ƏDV və 160 manat əməliyyat haqqı olmaqla ümumilikdə 784.8 manat əlavə ödəniş yarandığı müəyyən edilmişdir. Həmçinin gömrük orqanına bəyan edilməmiş 67 kv.m laminat (MDF) yükünün ekspert rəyinə əsasən 1 kv .m-nin dəyəri 47 manat olmaqla ümumilikdə dəyəri 3149 manat təşkil edir. Beləliklə Şəxs MMC tərəfindən 3149 manat dəyərində döşəmə üçün laminat yükü düzgün bəyan edilməmiş və 500 kv.m laminat yükünə görə əlavə olaraq 784,80 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC-yə və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsində göstərilir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Odur ki, Şəxs MMC İXM-nin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 3149 manatın 50 % (əlli faizi) həddində, yəni 1574.50 (bir min beş yüz yetmiş dörd manat əlli qəpik) manat məbləğində cərimə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Şəxs MMC -dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlıqı Agentliyi, KOD 210005, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1180/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1180/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver