Məhkəmə qərarları › İş №3(002)-1182/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1182/2020

06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1182/2020 06.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, “X1 Sistemləri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-nin 493-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən “X1 Sistemləri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 493-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş 00100-2019/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X1 Sistemləri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından 34UL0002/34UL0003 nömrəli avtomaşınla daxil olmuş netto çəkisi 100,32 kq olan “Sorvella" nişanlı ətir yükü **********3426 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin, “ALKA GRUP KAPİ SİSTEMLƏRİ” ANONİM ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ Filialı tərəfindən sözügedən ətir yüklərinə görə sanitar nəzarətinə dair sənədlərin təqdim edilməməsi səbəbindən bəyan edilmiş yüklərin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamışdır. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150.5-ci maddəsinə əsasən ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməməsi inzibati məsuliyyət yaradır. Araşdırma zamanı, “ALKA GRUP KAPİ SİSTEMLƏRİ” ANONİM ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ Filialı tərəfindən gigyenik sertifiaktın təqdim edilməsi üçün xx.xx.2020-ci il tarixində öhdəlik götürüldüyü, lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzinin” AZ031RSK7931 nömrəli xx.xx.2020-ci il tarixli gigiyenik sertifikatının xx.xx.2020-ci il tarixində təqdim edildiyi, odru ki, **********3426 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair gigiyenik sertifikatın 45 (qırx beş) gündən gec təqdim edildiyi, nəticədə, Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi müəyyən edilmişdir. Qeyd olunan inzibati material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 1400-013/0xx-xx/007178 saylı xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X1 Sistemləri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati icraat aparılan şəxs “X1 Sistemləri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, “X1 Sistemləri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü, 114-115, və 117 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : “X1 Sistemləri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar