Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1182/2024 29.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 38-ci polis bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 11 aprel 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi, yeni massivdə X2 məxsus fərdi yaşayış evinin həyətindən 300 manat dəyərində elektrik naqillərini oğurlayaraq qanunsuz yolla ələ keçirmişdir. Qeyd edilənlərə əsasən Qaradağ RPİ 38-ci polis bölməsinin sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN serialı ******* saylı, 29 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ 38-ci polis bölməsinin sahə rəisi X4 bildirmişdir ki, Şəxs 11 aprel 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi, yeni massivdə X2 məxsus fərdi yaşayış evindən 300 manat dəyərində elektrik naqillərini oğurlayaraq qanunsuz yolla ələ keçirmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında özünü təqsirli bilməyərək deyilənlərin yalan olduğunu və heç bir yerdən oğurluq etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkən X3 bildirdi ki , Şəxs 11 aprel 2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Korgöz qəsəbəsi, yeni massivdə ona məxsus fərdi yaşayış evinin həyətindən 300 manat dəyərində elektrik naqillərini oğurlamışdır.Odur ki, Şəxs ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qeyd edilən fakt üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlar məcmusu ilə öz təsdiqini tapdığından məhkəmə onun izahatına tənqidi yanaşaraq, inzibati məsuliyyətdən yayınmaq məqsədilə verilmiş, həqiqəti əks etdirməyən ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini nəzərə alaraq, inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 29 aprel 2024-cü il tarixdən, saat 11.00-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilə. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1182/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1182/2024
29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver