Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1184/2020 23.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, X1, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1959-cu ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 41 ünvanında ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Qaradağ rayon məhkəməsinin 2(002)-2972/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etməməklə 13416 manat məbləğində borcu ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-2972/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs yol-nəqliyyat hadisəsi nəticəində “Mercedes Benz” G 500 minik markalı, ** TG *** dövlət nömrə nişanlı avtomobilə vurduğu ziyana görə 13386 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 13416 manat məbləğində pulun alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. O öz izahatında daha sonra tərtib etdiyi protokoldan fərqli izahat verərək bildirmişdir ki, borclu bu günədək 13416 manat borcundan 5100 manat ödəniş etmişdir. Bu günki gündə borclunun tələbkara ödənilməmiş 8316 manat məbləğində borcu qalmışdır. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxxx 2020ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs həqiqətəndə işsiz kimi məşğulluq mərkəzində qeydiyyatdadır və ona hər-hansı bir rəsmi işin təklif olunması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-2972/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs yol-nəqliyyat hadisəsi nəticəində “Mercedes Benz” G 500 minik markalı, ** TG *** dövlət nömrə nişanlı avtomobilə vurduğu ziyana görə 13386 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 13416 manat məbləğində pulun alınaraq ona ödənilməsi qət edilmişdir. Bu günədək borclu ümumilikdə ona 5100 manat məbləğində pul ödəmiş, lakin hal-hazırda borclunun ona ödənilməmiş 8316 manat məbləğində pulu qalmışdır. Borclu Şəxs, ona ödənilməmiş qalmış borcunu ödəmədiyi təqdirdə barəsində inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Qaradağ rayon məhkəməsinin 2(002)-2972/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən ondan yol-nəqliyyat hadisəsi nəticəində “Mercedes Benz” G 500 minik markalı, ** TG *** dövlət nömrə nişanlı avtomobilə vurduğu ziyana görə 13386 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 13416 manat məbləğində pulun alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bu günədək o tələbkara ümumilikdə 5100 manat məbləğində pul ödəmişdir. O, işləmək üçün aidiyyati qurumlara müraciət etmiş və hədda məşqulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. Dəfələrlə məşqulluq mərkəzində olaraq istənilən işə razı olduğunu bildirsə də, ona bugünədək heç bir iş təklif olunmamışdır. Hal-hazırda da işsiz olduğundan və başqa hər-hansı bir gəlirə malik olmadığından borcundan ödəniş edə bilməmişdir. Lakin bunlara baxmayaraq o ödəniş etməkdən qəsdən boyun qaçırtmır və çox qısa bir müddətdə yaranmış borcundan kifayət qədər ödənişlər edəcəkdir. Odur ki, onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və borcunu ödəməkdən qəsdən boyun qaçırtmadığını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi heç bir yerdə işləməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu öz təşəbbüsü ilə əhalinin məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmış və ona təklif olunacaq istənilən işi qəbul edəcəyini və qısa müddətdə borcundan kifayət qədər ödənişlər edəcəyini bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borclu yaranmış borcundan kifayət qədər yeni 5100 manat məbləğində ödəniş etsə də, borclu barəsində icra məmuru tərəfindən tərtib edilmiş protokolda bu barədə heç bir qeyd aparılmamış, əksinə borlcunun 13416 manat məbləğində borclu olması göstərilmişdir. Buda bir daha sübut edir ki, qeyd olunan icra işi ilə bağlı icra məmuru tərəfindən kifayət qədər araşdırma aparılmamışdır. İş materiallarına əlavə edilmiş elektron portalın çıxarışından göründüyü kimi, borclu Şəxs adında daşınan vəya daşınmaz əmlak aşkar edilməmişidr. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Qaradağ rayon Məşğulluq Mərkəzinin elektron portal çıxarışından göründüyü kimi, borclu Şəxs MAS-da işsiz kimi qeydiyyata alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1184/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1184/2020
23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver