Məhkəmə qərarları › İş №3(002)-1186/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1186/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1186/2020 24.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx xxxxxxxx 2020-ci il tarixdə Qaradağ rayon İcra və probasiya şöbəsindən borclu Şəxs barəsindən protokol tərtib edərək, onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Bundan sonra məhkəmə iclası başlanmamışdan əvvəl, elə həmin gün, yəni xx xxxxxxxx 2020-ci il tarixdə Qaradağ rayon İcra və probasiya şöbəsi rəsmi məktubla müraciət edərək borclu Şəxs tərəfindən borc məbləğindən xx xxxxxxxx 2020-ci il tarixdə 2000 manat tələbkarın xeyrinə ödənildiyindən protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edirki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2, borclu Şəxs barəsində xx xxxxxxxx 2020ci il tarixdə MN ******* saylı protokol tərtib edərək, onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bundan sonra Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsininin tələblərindən aydın olur ki, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi borclu X1 barəsində eyni inzibati pozuntuya görə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə tərəfindən qərar qəbul edilsə də, həmin qərarın qəbul edilməsindən cəmi bir gün keçmiş, yəni həmin qərar qanuni qüvvəsini almadan eyni şəxs barəsində eyni əsaslarla yenidən məhkəməyə müraciət olunmuşdur ki, bu da qanuna zidd olmaqla İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar