Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1196/2025 03.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, «Holcim (Azərbaycan)» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şossesi ünvanında qeydiyyatda olan «Holcim (Azərbaycan)» ASC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Holcim (Azərbaycan)» ASC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 19 may 2025-ci il tarixli, 00100-01237/25 saylı protokoldan aydın olur ki, AZ1083, Baki şəhəri, Qaradağ rayonu, Sahil ştq, Salyan şossesi ünvanında qeydiyyatda olan "Holcim (Azərbaycan)" ASC-nin ünvanına Türkiyədən 38ABJ524/38AJM842 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********0534 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, "Holcim (Azərbaycan)" ASC ünvanına Türkiyədən idxal edilmiş yüklərə dair Azərbaycan Respublikasi Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gomruk gaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı "Holcim (Azərbaycan)" ASC-nin unvanına Türkiyədən idxal edilmiş malların daşındığı 38ABJ524/38AJM842 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük arazisinə xx.xx.2024-cü il tarixdə, saat 14:50-də daxil olduğu, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair tarixli qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən avval qömrük organlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qisa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə sabab olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Hamin məcəllənin 113.2-ci maddəsində qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatların əks edilməli olduğu, 114.1-ci maddəsində isə qısa idxal bəyannaməsinin məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sanad formasında təqdim edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal elektron formada bəyannaməsinin mallar qömrük ərazisinə gətirilməzdən əvvəl verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilir. "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 263 saylı Qərarının 13.4-cü maddəsində məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qisa idxal bəyannaməsi mallar qömrük sərhədini keçənədək təqdim edildiyi qeyd edilmişdir. "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dahliz" və digər buraxılış sistemlərindən istifadə Qaydalarının" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2. ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar aks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Nəticədə, "Holcim (Azərbaycan)" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/012/014184 nömrəli xx.xx.2025-i il tarixli raport, **********0534 sorg nomrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi, Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmı idarəetmə sistemi" informasiya resursundan çıxarışlar, işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasında iştirak edən «Holcim (Azərbaycan)» ASC-nın nümayəndəsi X2 «Holcim (Azərbaycan)» ASC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, 19 may 2025-ci il tarixli, 00100-01237/25 saylı protokola əsasən «Holcim (Azərbaycan)» ASC-nin ünvanına idxal edilmiş mallar 24 aprel 2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda İXM-nin 38.1-ci maddəsinə əsasən müddətin keçməsi ilə əlaqədar icraata xitam verilməlidir. Bundan əlavə protokolda şirkətin nümayəndəsinin X3 izahat verdiyi bildirilsə də, o yuxarıda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin araşdırılmasına cəlb edilməmişdir. Bundna başqa təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolda göstərilən tarixlər yanlış olmaqla reallığı əkst etdirmir. Belə ki, protokolda gömrük bəyannaməsinin 24 iyul 2025-ci il tarixdə tərtib edildiyi, malların isə 24 aprel 2025-ci il tarixdə daxil olduğu qeyd edilməklə anlaşılmazlıq yaranmışdır. Odur ki, öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 485.2-ci maddəsinin tərkibi olması sübuta yetmədiyindən və müddət keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan yenidən araşdırılması üçün Bakı Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Belə ki, işdə olan 19 may 2025-ci il tarixli, 00100-01237/25 saylı protokolda «Holcim (Azərbaycan)» ASC-nin ünvanına idxal edilmiş malların 24 aprel 2024-cü il tarixdə daxil olduğu göstərilsə də həmin mallara dair **********0534 sorğu nömrəli gömrük bəyannaməsinin 24 iyul 2025-ci il tarixdə verildiyi qeyd edilmişdir. Göründüyü kimi qeyd olunan protokol yanlışlıqla tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Holcim (Azərbaycan)» ASC-nin İXM-nin 485.2-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1196/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1196/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver