Məhkəmə qərarları › İş №3(002)-12/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-12/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-12/2021 22.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “xxxx” MMC-də sürücü kimi işləyən, Ağstafa rayonu, Köçəsgər Ərazi Dairəsi, Köçəsgər kədində qeydiyyatda olan Şəxs barədə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından Qaradağ rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, xx xxxxxx 2020-ci ildə saat 17:10 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 68-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində velosipedçi Zərərçəkmiş şəxs xəsarət almışdır. Buna görədə Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi polis mayoru X3 tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi, sürücü Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada ölçü götürülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirdi ki, xx xxxxxx 2020-ci ildə saat 17:10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 68-ci kilometrində yol vərəqəsi əsasında idarə etdiyi «xxxx» MMC-yə məxsus “MERCEDES BENZ E220” CDİ minik markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə üç zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olub yolun sağ kənarında yerləşən yanacaqdoldurma məntəqəsinə getmək məqsədilə, sağ köməkçi yola çıxaraq avtomobilin sürətini 30 km/saatadək azaltmışdır. Bu zaman yolun sağ sarı xətti üzrə velosipedçinin hərəkətin əksinə doğru gəldiyini və YDM-nə ayrılan yolayrıcına çatdığını görüb avtomobili yolun sağ birinci zolağına qaytarmış, velosipedçi də onun dönməyəcəyini zənn edib o da yolun sağ hərəkət cərgəsinə çıxmış, velosipedçini vurmamaq üçün avtomobili saxlamış, lakin velosipedçi onun idarə etdiyi avtomobilin qabaq hissəsinə dəyərək zərbədən avtomobilin alın şüşəsinə çırpılmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:30 radələrində o, Ələt qəsəbəsi ərazisində yerləşən “Neft- Qaz-Tikinti” Trestindən çıxıb velosipeldə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu, 12 saylı yataqxanaya qayırdı. O, Bakı-Qazaz-Gürcüstan sərhəddi yolunun Bakı şəhəri istiqamətinə yolun sol kənarı ilə Qazax istitaqmətinə hərəkət etmişdir. O, yolun kənarındakı “Socar” YDM-nə çatdıqda görmüşdür ki, Bakı şəhəri istiqamətinə hərəkətdə olan “Mercedes Benz” markalı minik avtomobil yolun sağ zolağından YDM-nə ayrılan yol ayrıcıya çıxmışdır. O həmin vaxt artıq YDM-nin qarşısında imiş. O, YDM-nə ayrılan yol ayrıcıya çatdıqda görmüşdür ki, həmin avtomobil üstünə gəlir. O, avtomobil vurmasın deyə bir qədər yolun sağına hərəkət hissəsinə çıxmışdır. Həmin avtomobil də qəflətən yola qayıtmış və zolağ hissəsi ilə onu vurmuşdur. Zərbədən o, avtomobilin alın şüşəsinə çırpılmış və avtomobilin sol tərəfinə düşmüşdür. Qeyd etmişdir ki, həmin avtomobil yolun sağ ehtiyyat hissəsinə çıxanda ara məsafələri təxminən 10 metr olardı. Sonradan isə yolun hərəkət hissəsinə qayıtdıqda aralarında təxminən 2 metr məsafə olmuşdur. Hadisə nəticəsində o, bədəninin müxtəlif nahiyyələrindən xəsarət aldığından hadisə yerinə gələn TTY avtomobili ilə onu Respublika Xəstaxanasına aparmışlar. Xəstəxanada müayinə olunduqndan sonra onu evə gətirmişlər. Sonradan bədənin ağırlar kəskinləşdiyindən (səhəri günü) xx xxxxxx 2020-ci il tarixdə Bakı Medikal Plaza Xəstəxanasına getmişdir. Sonradan ona məlum olmuşdur ki, onu vuran ** AA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” minik marakalı avtomobilin sürücüsü Ağstafa rayonu, Köçəsgər kənd sakini Şəxs olmuşdur. O hadisədən sonra ona heç bir maddi köməklik göstərməmiş, onun vəziyyəti ilə maraqlanmamışdır. O bir neçə gün ev şəraitində müalicəsini davam etdirmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda o, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx xxxxxx 2020-ci il tarixli 2/5961 nömrəli protokolundan müəyyən olunmuşdur ki, vətəndaş Şəxs sərxoşluq halları aşkar edilməmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Təcrübi və X1 rayon şöbəsindən daxil olmuş xx.xx.2019cu il tarixli, №861 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ açıq-balıdr oynağının yumşaq toxumlarının şişkinlik halında əzilməasi, burun nahiyyəsinin əzilmiş yarası, alın nahiyyəsinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx xxxxxx 2020-ci il taixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində töərənə bilərdirlər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində göstərilir ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, inzibati xəta xx xxxxxx 2020-ci il tarixdə baş verməklə müstəntiq tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə “cinayət işinin başlnamasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Ona görə də iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinin tələbinə görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48, 53, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar