Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-12/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində İXM-nin 237.2-ci və 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 237.2-ci və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 08 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 05 dekabr 2022-ci il tarixdə Lökbatan qəsəbəsində keçirilən monitorinq zamanı Şəxsnə məxsus taxta emalı müəssisəsinin fəaliyyəti zamanı qatı duman müşahidə edilmiş, qanunla müəyyən olunmuş qurğulardan istifadə edilməməsi və tullantıların qeyri-qanuni yandırılması və basdırılması faktı aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, İdarənin 05 dekabr 2022-ci il tarixli, BD seriyalı 186 nömrəli sərəncamına əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ətraf mühitin mühafizəsi haqqında, istehsalat və məişət tullantıları haqqında, atmosfer havasının mühafizəsi haqqında qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə növbəti monitorinq keçirilən zaman atmosfer havasında kəskin qatı dumanın çıxması faktı aşkar edilmişdir. Faktla bağlı araşdıma aparılan zaman dumanın Lökbatan qəsəbəsi, Mədən küçəsində yerləşən taxta emalı zavodundan çıxdığı müəyyən edilmişdir. Araşdırma həmin ünvanda yerləşən Şəxs MMC-nin direktoru X1 iştirakı ilə aparılmışdır. Aparılan araşdırma zamanı həmin müəssisəsinin fəaliyyəti zamanı atmosferə atılan tullantının qarşısını almaq məqsədilə qurğudan istifadə edilməməsi, fəaliyyət zamanı yaranan tullantıların qanunla müəyyən edilməmiş qaydada qalaqlanması, yandırılması və basdırılması, müəssisəsinin fəaliyyətinə dair digər ekoloji normativ sənədlərin olmaması müəyyən edilmiş, faktların təsdiqi olaraq həmin müəssisəsinin rəhbəri tərəfindən müvafiq arayışlar təqdim edilmişdir. Həmin arayışlarda müəssisə tərəfindən törədilmiş inzibati pozuntular bir daha etiraf edilmişdir. Qeyd olunan araşdırma ilə əlaqədar olaraq müəssisəsinin direktoru X2 tərəfindən ağac materiallarından istifadə sənədləri ilə bağlı sual verilən zaman heç bir cavab və sənəd təqdim edilməmişdir. Aşkar edilmiş faktlarla bağlı olaraq müəssisəsinin rəhbərinə akt və protokolun tərtib ediləcəyi bildirilərək imza etməsi təklif edilsə də sonuncu imza etməkdən imtina etmişdir. Araşdırma ilə əlaqədar olaraq əldə edilmiş arayışlar və fotoşəkillər akta əlavə olunmuşur. Bütün bu halların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə rəsmi qaydada məlumat verilsə də qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri ilə bağlı isə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 10 yanvar 2023-cü il tarixli iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Nümayəndə öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X4 və Təbii Sərvətlər İdarəsi 08 dekabr 2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək təmsil etdiyi Şəxs MMC-nin İXM-nin 237.2-ci və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsini iddia etmişdir. Halbuki, nə protokol, nə akt tərəflərindən imzalanmamış, yoxlama ilə bağlı müvafiq Ədliyyə Nazirliyinin reyestr kitabında yoxlamalarla bağlı qərar alınmamış, yoxlamalar kitabında qeyd edilməmiş, guya 05 dekabr 2022-ci il tarixli 76683 saylı aktda 08 dekabr tarixində Şəxs MMC-də yoxlama keçirilməsi qeyd edilmiş, məcburi göstəriş 12 dekabr 2022-ci il tarixdə verilməsinə baxmayaraq akt və protokol 08 dekabr 2022-ci il tarixdə tərtib edilmişdir. Bundan başqa, protokol tərtib etməzdən əvvəl müəssisənin rəhbərliyi mövcud inzibati pozuntu hesab edilən hallarla bağlı ekologiya idarəsinə dəvət edilməmiş, heç bir araşdırma aparılmadan aktla eyni gündə protokol tərtib edilmiş, protokol rəsmi qaydada göndərilməmiş, protokoldan əvvəl araşdırma üçün dəvət bildirişi göndərilməmişdir. 05 dekabr 2022-ci il tarixdə müəssisənin adından 11 X4 və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış arayışlar həmin tarixdə deyil, sonradan yəni, 08 dekabr 2022-ci il tarixdə müəssisə rəhbərini heç bir tədbir görməməkləri barədə inandırılaraq diqtə edilərək yazılmış arayışlar olmuşdur. Bundan başqa faktiki olaraq iş materiallarında olan torpaq sahəsi Şəxs MMC-nin olsa da bu müəssisə yalnız icarəyə vermə fəaliyyəti ilə məşğul olur. Taxta emalı, tullantılarla işləyən, fabriki işlədən müəssisə isə “Komi Forest" MMC-dir ki, əgər hər hansı bir xəta baş vermişdirsə də, bu müəssisənin məsul işçiləri və rəhbərliyi dəvət edilərək araşdırılmalı idi. Şəxs MMC "xxxx" MMC ilə eyni ünvanda yerləşir və taxta emalı ilə məşğul olmur. Direktorları eyni olsa da hüquqi şəxs olaraq müxtəlif hüquqi şəxslərdir və inzibati xəta haqqında protokol və akt düzgün tərtib edilməmiş, aidiyyəti olmayan hüquqi şəxs barədə tərtib edilmişdir. Bundan başqa İXM-nin prosessual qaydaları nəzərdə tutan normaları da pozulmuşdur. Qeyd edilənləri nəzərə ataraq, Şəxs MMC-nin məhkəməyə təqdim edilən protokola aidiyyəti olmadığını, təqsirliliyi sübuta yetirilmədiyini və qanunazidd olaraq əldə edümiş sübutlardan istifadə edildiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta sübuta yetirilmədiyinə görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci və 271-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən aydın olur ki, Şəxs MMC ünvan 1 ünvanında yerləşməklə 17 mart 2010-cu il taixdə qeydiyyatdan keçmişdir. Şəxs nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi “Dövlət reyestrindən çıxarış”ın surətindən aydın olur ki, "xxxx" MMC 04 iyul 2008-ci il tarixdə qeydiyyatdan keçməklə hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ev Mədən 2-dir. Şəxs vəkili Nümayəndə məhkəmənin 10 yanvar 2023-cü il tarixdə keçirilən iclasında təqdim etdiyi 18 aprel 2016-cı il tarixli, 02 nömrəli icarə müqaviləsinin surətindən aydın olur ki, kirayəyə verən Şəxs MMC Qaradağ rayonu, Lökbatan ŞTQ, 2-ci Mədən küçəsində yerləşən ona məxsus 40.8 kv metr anbarını kirayəçi "xxxx" MMC-nin istifadəsinə verir və aylıq icarə haqqı 417 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 23 iyul 2018-ci il tarixli “İki saylı 18 aprel 2016-cı il tarixli icarə müqaviləsinə dəyişiklik” haqqında sənədin surətindən aydın olur ki, kirayə verən Şəxs MMC, kirayəçi "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, ev 2-ci Mədən küçəsində yerləşən, icarəyə verilmiş taxta istehsal sexinin aylıq icarə haqqı 01 iyul 2018-ci il tarixdən 2000 manat müəyyənləşdirilmişdir. 28 aprel 2020-ci il tarixli “İcarə müqaviləsinə Əlavə Razılaşma”ya əsasən “Hazırki müqavilənin 4-cü bəndində qeyd edilən müqavilənin müddəti 28 aprel 2020-ci il tarixdən 28 aprel 2025-ci il tarixinədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş 19 dekabr 2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərardan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan aydın olur ki, "xxxx" MMC-də obyektin adı taxta satışı, fəaliyyət növü isə ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı kimi qeyd edilmişdir. "xxxx" MMC-nin nümayəndə və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi 20 dekabr 2022-ci il tarixli satış çeklərinin surətindən aydın olur ki, "xxxx" MMC həqiqətən də taxta satışı ilə məşğul olur. İş materiallarına əlavə edilmiş 06 yanvar yanvar 2023-cü il tarixli 0313/0601 saylı müqavilənin surətindən aydın olur ki, icraçı "xxxx" MMC ilə sifarişçi ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən icraçı müəssisədə olan tüstü kanallarına (bacalara) təmizləyici (filter) qurğusunun müqaviləyə əlavə olunmuş qiymətlərin razılaşdırılması protokoluna uyğun qiymətlərlə quraşdırılmasını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi yuxarıda qeyd olunan maddələrin tələbindən də aydın olur ki, baş verməsi ehtimal olunan inzibati xəta hadisəsi xüsusi texniki vasitələrdən istifadə edilməklə müəyyən edilə bilər. Lakin iş materiallarına əlavə edilmiş 08 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan hüquqi şəxs Şəxs konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Lakin iş materiallarına bir neçə ədəd qeyri-müəyyən fotoşəkillər əlavə edilməklə kifayətlənilmişdir. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXM-nin 81.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin baş verdiyi ərazidə faktiki olaraq "xxxx" MMC fəaliyyət göstərir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisənin Şəxs MMC tərəfindən həqiqətən də törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsndə qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 237.2-ci və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115 və 128-129-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İXM-nin 237.2-ci və 271-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-12/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-12/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver